su

Maye pəhrizi necə edilir?

Baxış sayı: 2. 055

Maye pəhrizi sadəcə su və ya ət suyundan ibarətdir. Ən çox bir neçə gün müddətində saxlanılır və həkim nəzarətində edilməlidir. Maye pəhrizi haqqında ərtaflı məlumatı bu yazının davamından əldə edə bilərsiniz.

Maye pəhrizi həzm sistemində yaxşıca sovrulduğundan heç bir problem yaratmır. Bu pəhrizə başlamaq niyyətindəsinizsə əvvəlcə həkimlə məsləhətləşin. Mütəxəssislərə görə, bu pəhriz müddətində gərək heç bir qatı qida qəbul etməyəsiniz.

Maye pəhrizini niyə saxlamalıyıq?

Maye pəhrizi davamlı həzm sistemi problemlərində, qusma, ishal kimi hallarda saxlanılmağı məsləhətlidir. Buna görə də davamlı və qaydasında edilsə yaxşı nəticə əldə etmək olar.

Maye pəhrizində nələri içə bilərik?

Maye pəhrizi yetərli miqdarda su qəbul etməyimizə, natrium və kalium elektrolitlərini artıraraq enerji qazanmağımıza kömək olur. Pəhriz zamanı bunları qəbul etmək olar:

 Su

 Meyvə suyu (alma və ya üzüm suyu ola bilər)

 Meyvə aromalı içkilər

 Südsüz, kremsiz çay və ya kofe

 Pomidor və tərəvəz suları

 İdmançı içkiləri

 Yağsız ət suyu

 Bal və şəkər

 Dondurulmuş meyvə suları.

Bir günlük maye pəhrizi proqramı

Səhər yeməyi

1 stəkan meyvə suyu

1 fincan südsüz və kremsiz çay və ya kofe

İstəsəniz bal və ya şəkər

Ara yemək

1 stəkan meyvə suyu

Günorta yeməyi

1 stəkan meyvə suyu

1 stəkan su

1 stəkan ət suyu

Ara yemək

1 ədəd fıstıqsız, südsüz, meyvəli dondurma

1 fincan südsüz, kremsiz çay və ya kofe

İstəyə uyğun bal və ya şəkər

Axşam yeməyi

1 stəkan meyvə suyu

1 kasa yağsız ət suyu

1 fincan südsüz, kremsiz çay və kofe

İstəyə uyğun bal və şəkər

Maye pəhrizinin nəticəsi

Əvvəldə qeyd etdiyimiz kimi, bu pəhrizə həkim nəzarəti ilə başlamaq lazımdır. Diabet kimi probleminiz varsa maye pəhrizini unudun. Pəhrizin nəticəsində bir neçə gün içərisində orqanizminizin yüngülləşdiyini, həzm sisteminizin və bağırsaqlarınızın təmizləndiyini hiss edəcəksiniz. Qısa müddətdə qarnınızda olan şişin azalmasının şahidi olacaqsınız. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir