qadin

MDB üzrə qadınların seksual aktivlik SİYAHISI açıqlandı

Baxış sayı: 1. 895

MDB ölkələrində sekual baxımdan aktiv olan qadınların sayı hesablanıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verib ki, reytinq cədvəli “Demographic and Health Surveys” (DHS) metodikası ilə hesablanlıb və son 4 həftə ərzində heç olmasa 1 dəfə sekslə məşğul olduğunu etiraf edən qadınların cavabları əsasında müəyyənləşdirilib.

Bu sorğunun nəticələri və həmin ölkələrdə qadınların reproduktiv sağlamlığı ilə bağlı rəsmi tibb məlumatları əsasında Azərbaycan12 postsovet respublikası arasında 8-ci yeri tutub. Məlumata görə, Azərbaycan qadınlarının 53,4 faizi seksual aktivliyə malikdir.

Siyahıya 64,7 faizlə Özbəkistan başçılıq edir. Rusiya qadınları seksual aktivliyinə görə 2-ci (62,1 faiz), ukraynalılar 3-cü (62 faiz), qazaxlar 4-cü (61,1 faiz), moldovalılar 5-ci (57,7 faiz), qırğızlar 6-cı (57,2 faiz), tükmən qadınları isə 7-ci (55,9 faiz) ən seksual aktiv qadınlardır.

Erməni qadınları arasında seksual aktivlik 51,6 faiz, gürcü qadınlarında isə 47,7 faizdir.

Postsovet ölkələrinin qadınları arasında ən az seksual aktivlik göstəricisi Tackikistandadır (44,7 faiz).




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir