Mədə bulanmasına son verən QIZIL QAYDA

Baxış sayı: 51. 997

Hər şeydən əvvəl mədə bulanmasının tək başına bir xəstəlik olmadığını bilməlisiniz. Lakin mədə bulanmasına laqeyd yanaşmaq da düzgün deyildir. Çünki bir çox xəstəliyin əlamətlərindən biri ola bilər.

Uzun sürən və təkrarlanan  mədə bulantıları yaşadığınızda müalicəsi və diaqnozu üçün həkimə getmək lazımdır. Bəzən mədə bulanması qarşılaşılan pis bir görünüş, pis bir qoxu və ya bizi narahat edə biləcək bir vəziyyət (həyəcan, qorxu, çaxnaşma kimi) nəticəsində də meydana gələ bilər.

Mədə bulantısının yaranma səbələri və qarşısını almağın bir sıra qaydalarını təqdim edirik

Mədə bulanmasının  səbəbləri:

Mədə bulantısının başlıca səbəbləri, migren, hamiləlik, stress, həyacan  kimi narahatlıqlardır. Müvəqqəti olan  mədə bulantısını yüngül yeməklər yeyərək və ya evdə dəmləyib içə biləcəyiniz bir sıra bitkilərlə qarşısını ala bilərsiniz.

  • Qida zəhərlənməsi
  • Hamiləlik
  • Hərarətli bir xəstəliklə birlikdə bulanma
  • Miqren
  • Çox, ağır və yağlı yeməklər
  • Stress, həyəcan, qorxu
  • Hansısa bir narahatlığa görə istifadə edilən dərmanların yan təsiri

Mədə bulantısının qarşısı alan qidalar:

  • Quru və ya təzə zəncəfil
  • Nanə
  • Çobanyastığı
  • Zülallı çərəzlər
  • Zəncəfil

Mədə bulantısını keçirmədə bitki mənşəli üsullar:

* Nanə limon çayı: hər kəs tərəfindən bilinən və bəyənilən nanə limon çayı. Bir neçə yarpaq nanə ilə bir-iki dilim limonu 3-5  dəqiqə qaynadaraq içsəniz, mədə bulantısının qarşısını alacaq. Bundan əlavə sadəcə nanəni çeynəyərək də mədə bulantısının qarşısını almaq mümkündür.

* Su: mədə bulanması və qusma zamanı mədədəki maye bitəcəyi üçün mədə bulanması yaşanan dövr də maye istehlakı olduqca bol olmalıdır.

* Zəncəfil: mədə bulanması zamanı ən yaxşı vasitələrdən biri də zəncəfildir. Nanə limon çayı kimi təzə zəncəfili qaynadaraq əldə etdiyiniz çay mədə bulantısının başlıca düşmənidir.

* Çobanyastığı: təzə toplanmış çobanyastığı çiçəyinin qoxusu mədə bulantısına yaxşı gələ biləcəyi kimi qurudulmuş və ya təzə çobanyastığı yarpaqlarının qaynadaraq hazırlanan çobanyastığı çayı da mədə bulantısına yaxşı təsir göstərir.

Bu çayların birini və ya bir neçəsini içməyinizə baxmayaraq mədə bulantısı hələ keçmədisə, mütləq həkiminizə müraciət etməlisiniz.

Hamiləlikdə mədə bulantısına nə yaxşı gəlir?

  • Mədəni boş buraxmayın
  • Bol-bol maye istehlak edin
  • Sərin və təmiz hava olduğundan əmin olduğunuz otaqda istirahət edin
  • Yağlı və qızardılmış yeməklər yerinə qaynadılmış yeməklərlə aclıq hissini basdırın
  • Zülal tərkibli qoz, fındıq, fıstıq kimi çərəzlər yeyin
  • Bol su istehlak edin
  • Təzə meyvə və ya meyvə suyu için

Spirt sonrası mədə bulantısına nə yaxşı gəlir?

  • Bal
  • Süd
  • Ağ çörək
  • Spirt qəbul etdikdən sonra (ertəsi səhər) isə, karbonat-aspirin içərək mədə bulanmasının qarşısını ala bilərsiniz..

Unutmayın!

Uzun sürən, tez-tez təkrarlanan, səhərlər müşahidə edilən mədə bulantıları hamiləliyin, hərdən və səbəbsiz ortaya çıxan mədə bulanması təzyiqin, yeyilən bir yemək sonrası ortaya çıxan bulanma isə qida zəhərlənməsinin xəbərçisi ola bilər.




2 şərh “Mədə bulanmasına son verən QIZIL QAYDA

  1. elmarcavadov

    Axi nanenin iyi pis olur mede bulantisina men qizilcayam ona gore medem bulanir amma daha o qedr qaytarmisamki ayag uste durammiram

    Cavabla

elmarcavadov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir