mekteb

Məktəbli qızın dəhşətli sevgi faciəsi

Baxış sayı: 1. 671

Daşkəsən rayonunda yeniyetmə qız amansızlıqla öldürülüb. Orta məktəb şagirdi olan, Gəncə sakini, 17 yaşlı Gülnarə Mirzəyeva onu sevən 20 yaşlı Ruslan Behbudzadə tərəfindən öldürülüb. O, Gülnarəni martın 26-da aldadaraq Xoşbulaq kəndi ərazisində sakit bir yerə aparıb. Orada boğaraq öldürüb və sonra izi itirmək məqsədilə onu torpağa basdırıb. İtkin kimi axtarılan Gülnarənin qaranlıq taleyinə Ruslan ötən gün polisə gələrək təslim olandan sonra aydınlıq gəlib.

O, sevdiyi qızı qısqanaraq öldürdüyünü və torpağa basdırdığını etiraf edib. Bundan sonra əməliyyat qrupu Ruslanın göstərdiyi ünvana gedib və qızı basdırıldığı yerdən qazıb çıxarıblar. G.Mirzəyeva orta məktəb şagirdi olub. Onun Ruslanla hansı münasibətdə olması dəqiq məlum olmasa da, sevgili olduqları deyilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir