aa

Mənfi hisslər hansı orqanlara ziyan vurur?

Baxış sayı: 1. 513
Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur, eyni zamanda daxili orqanlara da ziyan vurur. Türkiyəli professor doktor Birsel Kavaklı mənfi hisslərin orqanlara zərərlərindən danışıb. Həkimin sözlərinə görə, əsəb stress hormonlarının artmasına səbəb olur. Bu da öz növbəsində qaraciyərə təsir edir.
Birsel Kavaklının fikrincə, kədər hissi ən çox ağciyərlərə ziyan vurur: “Böyük bir itki ilə üzləşənlər sinədə ağrı hiss edirlər. Ona görə də, depressiyada olanlara və özünü çox kədərli, dərdli hiss edənlərə açıq havada gəzməyi məsləhət görürlər. Ağciyərlərə zərər dəyməməsi üçün açıq havaya çıxın və bir neçə dəfə dərindən nəfəs alın. Bu həm daxili orqanlara, həm də psixologiyanıza yaxşı təsir edəcək”.
Daxili orqanlara pis təsir edən duyğulardan biri də qorxudur. Qorxmaq böyrəklərin büzüşməsinə səbəb olaraq onun fəaliyyətini zəiflədir. Zehni yorğunluğun dalağı sıradan çıxartması araşdırmalarla təsdiq edilən faktdır. Həddən artıq düşüncəli olmaq, çox fikirləşmək də dalaq üçün ən böyük təhlükədir. Həkim mənfi duyğuların ürəyə də təsir etdiyini vurğulayıb. O qeyd edib ki, ürəyə ən çox ziyan vuran hiss nifrətdir.
Nifrət hissi ürəyin ritmini pozur. Ürək daha sürətlə döyünür. Bu isə həmin orqanın yorulması ilə nəticələnir. Birsel Kavaklı mənfi hisslərin təsirindən qorunmağın tək yolunun müsbət düşüncələr və pozitiv enerji olduğunu qeyd edib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir