ev

Mənzilini düzgün işıqlandırmaq istəyənlərə 7 tövsiyə

Baxış sayı: 1. 380

İşıq təkcə ətrafdakı obyektləri görmək üçün yox, sağlamlığımız üçün də çox vacibdir. Buna görə də, yaşadığımız bütün məkanlar, evimiz, iş yerimiz, hətta küçələrimiz də düzgün işıqlandırılmalıdır. Elə isə düzgün işıqlandırma necə olmalıdır?..

1. Girişlər: Evin girişindəki əsas “şərtlərdən” biri də ümumi işıqlandırma sistemindən istifadə etməkdir. Ancaq bununla yanaşı evin girişində divara istiqamətləndirilmiş işıqlandırma sistemindən də istifadə etmək olar.

2. Dəhlizlər: Dəhlizdə isə girişdən fərqli olaraq işıqları dəhliz boyu düzmək daha məqsədəuyğundur. Bundan başqa, dəhlizdə yarışəffaf divar işıqlarından da istifadə etmək olar. Bir şərtlə ki, dəhlizlə otaqlar arasında çox işıq fərqi olmasın.

3. Mətbəxlər: Mətbəxdə adətən mətbəx masasını işıqlandırırlar. Bu baxımdan burada da lokal işıqlandırma sistemindən istifadə etmək olar. Ancaq şkafların içini və ətrafı yaxşı işıqlandırmaq üçün ümumi işıqlandırma sistemindən istifadə etmək məsləhətdir.

4. Yemək otaqları: Yemək otağında lokal işıqlandırma sistemindən istifadə etmək daha əlverişlidir. Burada məqsəd masa üzərindəki “obyektlərin” daha aydın görünməsini təmin etməkdir. Təbii ki, burada masa arxasındakı adamları və ətrafı da unutmaq olmaz.

5. Yataq otaqları: Yataq otağını işıqlandırmaq üçün həm divar işıqlarından, həm asma işıqlardan, həm də stolüstü lampalardan istifadə etmək olar. Ancaq çalışmaq lazımdır ki, istifadə edilən lampanın işığını nizamlamaq mümkün olsun, həmçinin lampanın işığı birbaşa gözə düşməsin. Termolarda isə aynanın qarşısını işıqlandırmaq üçün lokal işıqlandırma sistemindən istifadə etmək olar. Əlbəttə ki, ikitərəfli işıqlandırma sistemindən isitifadə etmək şərti ilə…

6. Uşaq otaqları: Əgər uşağınız yaşca çox kiçikdirsə, deməli burada işıqlandırmaya daha çox diqqət yetirmək məsləhətdir. Bunun üçün isə uşaq otağı üçün bütün rəngləri gün işığında olduğu kimi göstərən lampalara üstünlük vermək lazımdır. Məktəb yaşlı uşaqların gözlərini qorumaq üçün isə daha çox “iş masalarının” işıqlı olmasına diqqət yetirin. Ancaq burada da işıq uşağınızın gözünə əks etməsin deyə diqqətli olun.

7. Televizorlar: Təbii ki, təkcə adi halda yox, televizora baxanda da işıq çox vacibdir. Ən azı ona görə ki, televizora qaranlıqda baxmaq işıqda baxmaqdan daha təhlükəlidir. Bunun əsas səbəbi isə gözün tez yorulmasıdır. Buna görə də, televizorun arxasındakı divarın açıq rəngli olması, hətta müəyyən dərəcədə işıqlandırılması vizual konfort baxımından çox vacibdir.

Hansı evə hansı lampa?

Evlərimizdə istər istifadə, istərsə də miqyas (başqa sözlə, əhatə dairəsi) baxımından adi və ya lüminessent lampalar daha məqsədəuyğundur. Ancaq bu lampalardan açıq istifadə olunmamalı, həmçinin işığı birbaşa gözə düşməməlidir.

Estetika da vacibdir, sağlamlıq da…

Evlərdə yalnız ümumi işıqlandırma sistemləri ilə kifayətlənmək həm estetik, həm də texniki baxımdan düzgün deyil. Buna görə də, hər otaqda, hətta otağın içərisindəki müxtəlif sahələrdə müxtəlif işıqlandırma sistemlərindən istifadə etmək məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir