brend

Məşhur brendlər necə yaranıb?

Baxış sayı: 1. 532

Bu gün dünyanın hər yerində tanınan brendlər öz mövqeyini möhkəmlədənə qədər kəşməkəşli tarixi inkişaf yolu keçib. Texnika istehsal edən dünya şöhrətli markaların necə yaradıldıqlarını öyrənəndə çox təəccüblənəcəksiniz. “Gencaile.az” Publika.az-a istinadən məşhur brendlərin maraqlı yaranma hekayələrini təqdim edir.

“Sony” ilk illərdə elektrikli qazan istehsalı ilə məşğul olub.

“LG” işə diş məcunu istehsalı ilə başlayıb.

“Nokia” kağız və rezin ayaqqabı sataraq pul qazanırdı.

“Toyota” tikiş maşını istehsal edirdi və hələ də istehsal etməyə davam edir.

“Sharp” şirkəti  qələm istehsal edirdi.

Məşhur təyyarə istehsalçısı “Bombardier” motorlu xizək istehsalı ilə məşğul olub.

“BMW” əvvəllər təyyarə və təyyarə mühərriki istehsal edirdi.

“Samsung”, əslində, baqqal dükanının adı olub.

“Lipton” da fəaliyyətinə  baqqal dükanı kimi başlayıb.

1930-cu illərdə “Philips”  lampa və radio  istehsal ilə məşğul olurdu.

“Hugo Boss” Nasist Partiyası üçün uniforma tikişi ilə məşğul olurdu.

“İBM” kompüter istehsalçısı məşhur olmazdan əvvəl pendir dilimləyən və tərəzi istehsal edirdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir