boshanma

Məşhur psixoloqdan boşanmış qadınlara MƏSLƏHƏT

Baxış sayı: 1. 829

Boşanmağa da evliliyin bir parçası olaraq baxılmalıdır. Hər münasibətdə problemlər ola bilər və onlar həll edilməyəndə evliliyi hörmət çərçivəsində bitirmək lazım gəlir. “Gencaile.az” Aile.lent.az-a istinadən Türkiyənin tanınmış mütəxəssisi, psixoloq Begüm Kaplanın bu mərhələləri sağlam bir şəkildə sovuşdurmaqla bağlı tövsiyələrini təqdim edir.

Böyük xəyallarla evlənib, illər sonra yuvasının dağılması qadın üçün travmadır. Evliliyini qarşılıqlı anlaşaraq bitirməyə, ya da xəyanət səbəbi ilə boşanmağa qərarı vermək cəsarət istəyən əzablı bir dövrdür.

Günümüzdə mədəni və maddi səbəblər qayğısı ilə normal olmayan evliliklərini davam etdirmək məcburiyyətində qalan o qədər qadın var ki. Daha da pisi, xəyanət edildiyini bilə-bilə bunu içində saxlayaraq, belə saxta evliliklərini davam etdirən qadınlarımız var.

Ayrılıq qərarı – istər anlaşaraq, istərsə də gözlənmədən olsun, ortaq bir həyatın, vərdişlərin, xatirələrin tərk edilməsi deməkdir. Bu yaşananlar və əgər varsa, uşağın olması ayrılığı daha da çətinləşdirir.

Boşanan qadın ilk olaraq şokda olur, sonra reaksiya göstərir və sonda üsyan edərək “Niyə mən?!” sualları ilə içində bağırmağa başlayar. Boşanma ən əzablı və qadının ruhunu yetkinləşdirən bir dövrdür.

Növbəti dövr qadının yaşadıqlarını həzm etməyə başladığı dövrdür. İnsan yavaş-yavaş həzm etməyə və həyatına davam etməyə başlayır. Sonuncu dövr isə qadının yaşadığı üzüntülərdən təmizlənib, keçmişi ilə hesablaşmalarını bitirib, həzm etdiyi və bağışladığı keçmişindən qurtulduğu, sərbəst olduğu bir dövrdür.

Bu dövrləri asanlıqla sovuşdura bilən qadınlar həyata sarılmağı bilən dişli qadınlardır.

Təəssüf ki, günümüzdə boşanmış qadınlara hələ də fərqli gözlə baxanlar var. Buna görə boşanmış qadınlar güclü olmalıdır, yenidən ayağa qalxmaq üçün həyata əvvəlkindən daha çox və daha sağlam sarılmalıdır.

Boşanmış qadının psixoloji dəstək alması mütləqdir. Mütəxəssis dəstəyi almayanlar yaxınları, ailəsinin mənəvi köməyi ilə bunu bacarırlar.

Boşanmış olsanız da, özünüzə olan hörmətinizin itirilməməsi üçün şəxsi baxımınıza laqeyd yanaşmamalısız. Əksinə, öz baxımınıza xüsusi diqqət etməlisiz. Bu, sizi həyata bağlayacaq psixoloji amil olacaq.

Ağlama və anlatma dövrünüz bitdisə, seratonin və endorfin hormon ifrazı üçün həyatınıza idmanı daxil etməkdə fayda var. Açıq havada gəzməniz də oksigen qəbulunu artıracaq.

Yüksək vitaminli və proteinli qidalarla bəslənin. Rahatladan bitki çayları içmək də bədəniniz və hormonlarınıza yaxşı təsir edəcək.

İşiniz yoxdursa, təxirə saldığınız bir hobbi üçün kursa getmənizdə fayda var. İşləyən xanımısızsa, daha da şanslısız.

Əsas olan yaşadıqlarınızdan dərs almaq və yenilənmiş olaraq həyata davam etməkdir. Əgər bunlara əhəmiyyət verməsəniz, yeni münasibətinizdə də eyni səhvləri edə bilərsiz.

Bu zaman ruhunuzun sərbəst olması üçün yaşadıqlarınızı bağışlamanız lazımdır. Öz dünyanızda olub bitənləri həzm edib bağışlayaraq, sərbəst qalmanız sizə kömək edəcək.

Dəyərli, kişiləri tərəfindən aldadılan, acı yaşadılan qadınlar, həyat davam edir. Keçmiş keçmişdə qaldı. Özünüzə sarılın. Siz yaxşı olduqca, əzmli olduqca bir gün doğru yerdə, doğru zamanda, doğru kişini tapacaqsız! Həyat hər şeyə rəğmən davam edir və gözəldir!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir