Metanet

Mətanətin sirləri – FOTOLAR

Baxış sayı: 2. 160

Teleaparıcı Mətanət Əliverdiyeva atv.az saytına müsahibə verib. Olduqca maraqlı müsahibədir, odur ki, oxumağa dəyər.

– Maşallah, bu qədər enerji sizdə hardandır? Yoxsa, bu sual sizə çox verildiyindən şablon oldu? Düşündüm ki, hamı üçün maraqlı olar…

– Əslində vaxtlı-vaxtında yatıb-durmuram. Adətən deyirlər ki, enerjili adam çox yatar. Amma görünür məndə tərsinədir. Çünki cəmi 4 saat yatıram. Bəzən bazar günləri 6 saat yatanda özümü çox narahat hiss edirəm. Bu qaynarlıq, aktivlik məndə uşaqlıqdan var.

– Əksər kilolu xanımlar həsrətlə arıqlayacağı günü gözləyirlər, siz isə adama elə gəlir ki, bir qurtum su içər kimi asan arıqlayırsınız?

– İradəm çox güclüdür. Bir ton yeməyi də yeyə bilərəm, bir saatın içində hər şeydən imtina da edə bilərəm. Həm də mən özümü psixoloji baxımdan tənzimləyirəm. Beynimə salıram ki, arıqlayacam və buna nail oluram. Həmçinin özümə psixoloji təsir göstərib ağrılarımı azaldıram. (Bu üsul yapon təbabətində də var – T.Ə.)

– Gündəlik rejiminiz bizə çox maraqlıdır?

– Sumqayıt şəhərində yaşadığım üçün tez durmalıyam. 6:20-də işdə oluram. Qaça-qaça uşaqların yeməyini, paltarını hazırlayıram.

– Uşaqlara da özünüz vaxt ayırırsınız?

– (Gülür) Əlbəttə, özüm. Qızım yoxdu, 2 oğul böyüdürəm. Hər bir şeyi özüm edirəm. Mən evdən çıxanda hamı yatır, minirəm avtomobilə, yaallah… İşə də gəldim səhərdən axşama kimi iş başında… Axşam 11-ə evə çatıram. Ev işlərini görürəm, balaca oğlumla “avtomat-avtomat” oynayıram… (gülür). Beləcə günümüz keçir.

– O gün mağazaya getmişdim. Qadınlar sizin efirdə geyindiyiniz paltarlardan soruşurdular. Alıb geyinirlər, amma sonra da başlayırlar dava etməyə ki, niyə bizə Mətişə yaraşan kimi yaraşmır?

– (Gülür) Ay… sevindim… Maraqlıdı. Şəhərə çıxmağa vaxt olmur deyə qıraqda nə baş verir, görmürəm. Mənim üçün çox maraqlı oldu. Nə yaxşı məni çox istəyirlər?.. Əla hissdi…

– Gün ərzində nə qədər su içirsiniz?

– 3 litr. İndiyə qədər bir litr içmişəm, ikisi də ordadır (əliylə dolabı göstərir). Arıqlamağımın ən böyük sirri sudur. Suyu dayandırım, yenə də kökələcəm. Bax səhər duran kimi 1 stakan su içirəm, gəlirəm işə. Burda adi türk qəhvəsini darçınla dəmləyib içirəm. Bir az keçir, yenə su içirəm. Sonra alma yeyirəm. Ümumiyyətlə gün ərzində 4-5 alma mütləq yeyirəm. Həm də ürəyim istəyir. Hətta şirniyyat da, yemək də yeyirəm, lakin nə ağ, nə də qara çörəkdən istifadə etmirəm. Mütləq gün ərzində ən azı 2 litr su içməliyəm. Çünki üzümə də çox makiyaj olunduğu üçün dərimin suya tələbatı çoxdu. Bir də xanımlara bir tövsiyyə edim ki, gündəlik makiyajlarını ay o “moloçkadı”-filandı, onlarla təmizləməsinlər. Hamısı kimyəvi şeylərdi. Qətiyyən üzlərinə sürtməsinlər. Pambığı zeytun yağına batırıb gözlərinə kimi təmizləsinlər. Mən bu cür edirəm, sonra da bir az salfetə hopdururam, yumamış yatıram. İnanın ki, səhər üzüm çox gözəl olur.

– Mətanət xanımın “şpaqat” açması məşhuri-cahan oldu. Siz idmanla məşğul olmusunuz? Necə öyrənmisiniz və bu plastikanı bu günə kimi necə qoruya bilirsiniz?

– (Gülür) Hamı “şpaqat” açmağa başlayıb. Əslində, mən heç vaxt idmanla məşğul olmamışam. 10 yaşında istədim, lakin anam xəstə olduğundan, aparan-gətirən olmadı. Amma çox həvəsim vardı deyə, 1 həftə ərzində özüm “şpaqat” açmağı öyrəndim, vərdiş etdim. Plastika isə məndə genetikdir. Ümumiyyətlə, heç bir idmana, massaja getmirəm.

– Dünyaca tanınmış elə aparıcı varmı ki, siz görüntü olaraq ondan nəsə götürəsiniz?

– Yox, qətiyyən. Elə xassiyətim yoxdur. Amma hiss etmişəm ki, özlərini mənə oxşadanlar var. Yenə də pis baxmıram. Nəyi pisdi ki? Daha yaxşı.

– Sizi sevənlər üçün hansı dietinizi ATV.az vasitəsilə paylaşmaq istərdiniz?

– Əziz xanımlar, yemək də yemək lazımdır, şirniyyat da, dolma da, kotlet də, amma çörəksiz. Elə olur ki, azca çörək də yeyirəm. Hər şeydən az-az yemək lazımdır.

– Bizə deyə bilərəsinizmi bu gün nə yemisiniz?

– Bu dəqiqə deyim: Səhər durdum su, bir müddət sonra kofe içdim. Saat 11 ərəfələrində alma yedim. Bir az sonra yenə kofe içdim. Günorta 3 badımcan dolması yedim, çörəksiz. Bir sirr də deyim, mən əksər yeməkləri soyuq yeyirəm və qətiyyən yağlı yemək yemirəm. Elə olur ki, axşam acıram, kotlet bişirmişəmsə, birini yeyə bilərəm. Çörək istəyirəmsə, 1 dilim pendirlə yeyirəm. Bir gözəl şey də deyim: qətiyyən gecə yatanda su içməyin. Bu səhər üzə, bədənə şiş verir.

– Son olaraq, bu cür aktivliyinizi, gözəlliyinizi nəfsdən necə qoruyursunuz?

– (Gülür) Mən gözələm ki? Azz, qoyun bir güzgüyə baxım. (Masadakı güzgüyə baxır) A, yo, adi bir xanımam. Amma Ayətül-kürsi duasını hər gün bir neçə dəfə oxuyuram. Başqa heç nə bilmirəm.

Tahirə Əlirzayeva

20150422113719-71129-2
20150422113727-39388-220150422113727-55976-2

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir