Miki maus salati

“Miki maus” salatı necə hazırlanır?

Baxış sayı: 956

Tərkibi:

2 ədəd kartof, 3 ədəd duzlu xiyar, 4 ədəd kök, 300 qr toyuğun döş əti, 4 ədəd közlənib marinə olunmuş qırmızı şirin bibər, 5 ədəd yumurta, 200 qr xama 150 qr mayonez, duz, qara istiot.

 

Hazırlanması:

Əvvəlcə kartofu, kökü, yumurtanı bişiririk. Sonra toyuğun döş əti bişirilir. Daha sonra kartofu, kökü, xiyar turşusunu və yumurtanın ağı ilə sarısını ayrı-ayrılıqda sürtgəcdən keçiririk. Sonra toyuğun döş ətini və qırmızı bibəri xırdalayırıq.

Salatı düzəltmək üçün “Miki maus” şəkilli olan kağızı salatı hazırlayacağımız qabın altına yerləşdiririk. Qab şəffaf olmalıdır ki, şəkil görünsün. Sonra mayonezlə qabda “Miki maus” çəkirik. Üzərinə kartofu əlavə edib duz, istiot töküb mayonez vururuq. Üzərinə toyuğun döş ətini, duz, istiot, mayonez xama qarışımı və xiyar turşusu əlavə edirik. Üzərinə isə yumurtanın ağı və sarısından bir az əlavə edib, duz, istiot və mayonez tökürük. Sonra kökü əlavə edib üzərinə duz, istiot və mayonez töküb, üzərini bəzəyirik. “Miki maus”un aşağı hissəsinə qırmızı bibər kəsib qoyuruq, qulaq və ayaq hissəsinə yumurtanın ağını əlavə edib, üz hissəsini isə yumurtanın sarısı ilə bəzəyirik. Göz və burun düzəltmək üçün qara zeytundan dodaq və quyruq üçün göy soğandan, dilini düzəltmək üçün isə qırmızı bibərdən istifadə edirik. Salatı soyuducuda saxladıqdan sonra servis edirik.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir