Cosqun

Milli komandamızın üzvü: “Yol polisləri buna görə bizə güzəşt edirdi” – MÜSAHİBƏ

Baxış sayı: 495

Yerli futbol ictimaiyyətində Diniyev soyadı səslənəndə hər kəs ölkə futbolunun tanınmış simalarından olan, milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevi xatırlayır. Amma indi həmin soyadla yada düşən yeganə Duniyev Məşqçilər Komitəsinin üzvü deyil, həm də onun davamçıları olan oğullarıdır. Xüsusən, “İnter”də çıxış edən 20 yaşlı Coşqun Diniyev son vaxtlar idman mediasının gündəmindədir. “Gencaile.az” saytının “11 sual” rubrikasının budəfəki qonağı da məhz milli komanda səviyyəsinə qədər yüksələn Coşqun Diniyevdir.

 

–Valideynlərinizin futbolçu olmanıza münasibəti necə olmuşdu?

– Bu baxımdan həmişə mənə dəstək olmuşdular. Onların bu cür münasibəti indinin özündə də davam etməkdədir.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Uşaqlıq illərimdə pilot olmaq istəyim də var idi. Futbolçu peşəsi ilə yanaşı, onu da sevirdim. Futbolçu olmasam, yəqin ki, pilot olardım.

 

– Futbol adamları adətən evdən kənarda olur. İndinin özündə də sizdə vəziyyət fərqli deyil. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradır?

– Düzdür, adətən evdən kənarda oluruq. Bu hal uşaqlıq illərimdə daha çox problem olur, ailəm üçün darıxırdım. Ancaq illər ötdükcə bunu alışmağa başladım. İndi əvvəlki kimi problem yaranmır.

 

– Bir futbolçu üçün ailə qurmağın mənfi və müsbət tərəfləri hansılardır?

– Məncə, futbolçu üçün evliliyin o qədər də mənfi tərəfi yoxdur. Bu baxımdan yalnız erkən ailə qurmaq problem ola bilər. Müsbət tərəfi isə insanın daha məsuliyyətli olması, özü ilə yanaşı, ailəsini də düşünməsi deməkdir. Qısası, ailə həyatı qurmaq, ailənin xoşbəxtliyi üçün çalışmaq çox gözəldir.

CD

– Yeri gəlmişkən, nə vaxt ailə qurmağı düşünürsünüz?

–  Bu suala cavab vermək istəmirəm. İnşallah, vaxtı gələndə bu haqda fikirləşəcəm.

 

– Maraqlıdır, ailə quran zaman valideynlərinizin düşüncəsi, yoxsa öz fikiriniz əsas olacaq?

– Təbii ki, mənim üçün ailəmin fikiri də önəm daşıyır, amma bununla belə, mən öz sevdiyim xanımla ailə qurmağa üstünlük verəcəm.

 

– Bir probleminiz olanda ailədə kiminlə bölüşürsünüz?

– Bir problem yarananda atamla məsləhətləşirəm. Amma ümumilikdə xaraktercə özümə qapalı insan olduğumdan daha çox problemlərimi kiminləsə bölüşməməyə, özüm həll etməyə çalışıram.

 

– Atanızdan söz düşmüşkən, Şahin Diniyevin ölkə futbolunun tanınmış siması olması ən çox hansı məqamlarda köməyinizə çatır?

– Nə mən, nə də atam futbolçu kimi onun tanınmış sima olmasının bizə yardımçı olmasını istəmirik. Həm mən, həm də qardaşım bu səviyyəyə öz gücümüz hesabına çatmışıq. Futbolda olmasa belə, başqa məqamlarda onun məşhur olması bizə kömək olur. Məsələn, yol polislərinin bizə atama görə güzəşt etdiyi hallar olub.

 

– Boş vaxtlarınızı necə keçirməyi xoşlayırsız?

– Boş vaxtlarımı adətən dostlarımla keçirirəm.

DC

– Dostlarınızdan söz düşmüşkən, futbolçulardan kimlərlə dostluq münasibətləriniz var?

– Bir çox futbolçu ilə yaxşı münasibətlərim var, amma futbolçu dostum yoxdur. Ümumiyyətlə, həyatda yalnız bir dostum var ki, o da futbolçu deyil.

 

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

– Düzü, futbolçu karyeram ərzində hələ ki, o qədər də gülməli bir hadisə ilə rastlaşmamışam. Bəlkə də bu məşqlər və oyunlar zamanı çox ciddi və aqressiv olmağımla bağlıdır.

 

Söhbətləşdi: Tural Məmmədov

kcd

Sd

CDDC




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir