pul

Milyonçuları hansı cəhətlər birləşdirir?

Baxış sayı: 1. 206

İxtisasca mühasib və maliyyə məsləhətçisi olan Tom Corley beş il ərzində yüzlərlə milyonçunun fəaliyyətini araşdırıb, onların gündəlik rutinlərini öyrənib. Öz araşdırmalarını isə o, “Vərdişlərini dəyiş və həyatını dəyişəcəksən” adlı kitabda toplayıb.

Ümumilikdə Tom Corley illik gəliri 160 min dollar, şəxsi kapitalı isə 3,2 milyon dollardan az olmayan 233 şəxs arasında sorğu keçirib. Müsahiblərdən 177-i isə öz sərvətlərini sıfırdan özləri qazanmış (self-made)  milyonçulardır.

Tom bildirir ki, nə qədər fərqli olsalar belə, bütün zənginləri bəzi ortaq vərdişlər birləşdirir. Bu vərdişlər aşağıdakılardır:

Image result for thomas s corley change your habits change your life

1. Çox mütaliə edirlər. Sorğuda iştirak edənlərin 80%-i mütaliəyə gündə ən azı 30 dəqiqə ayırır.

2. İdman. Zəngin insanlar öz həyatlarını idman məşqləri olmadan təsəvvür etmir. 76% sorğu iştirakçısı gündə idman məşqlərinə ən azı yarım saat ayırır.

3. Erkən oyanmaqla bağlı deyilənlər doğrudur. Zəngin insanlar iş gününün başlamasına ən az 3 saat qalmış yuxudan oyanırlar.

4. “Bütün yumurtaları eyni səbətə yığmaq olmaz” – məsəli də eynilə doğrudur. 65% sorğu iştirakçısı minimum üç fərqli gəlir mənbəyinə sahibdir.

5. Dayanmadan öyrənir və hər şeylə maraqlanırlar. Sorğuda iştirak edənlərin hər biri qeyd edir ki, daima hansısa məruzələrə gedir, uğurlu və ya olduqca maraqlı insanların çıxışlarını dinləyir, yeni nəsə öyrənir, çoxlu sual verir, öz mentor və kouçlarına sahib olurlar. Onlarla məsləhətləşirlər.

Woman Holding White Ceramic Mug At Desk

6. Hədəfi görürəm, maneəni deyil. Zənginlər nə istədiyini dəqiq bilir. Onlarda hədəf qurma və məqsədyönlülük vərdişləri yaxşı inkişaf edib. Onlar yaxın gələcəkdə nə istədiklərini və ümumiyyətlə nəyə doğru can atdıqlarını yaxşı bilirlər.

7. Öz fikrim hər şeydən öncədir. Onların həyat və dəyərləri haqqında aydın təsəvvürləri vardır. Onlar öz dəyərlərini qorumağı bacarır, əksəriyyətin nə düşündüyü onları maraqlandırmır. Onlar özlərinə güvənir və kütlənin arxasınca getmirlər. Onlar öz daxilindəki hissə güvənirlər.

8. Pozitiv düşüncə. Onlar bütünlükdə optimistdirlər, hər şeyin yaxşı və faydalı tərəfini görməyə çalışırlar. Özlərini nikbinliyə kökləyirlər.

9. Gözəl ədəb-ərkana sahibdirlər. Müşahidələr göstərir ki, digər insanlar ilə gözəl rəftar etməyi bacaranlar, hörmətcil olub etiket qaydalarını bilənlər zəngin olmağa müəssər olurlar.

10. Altruizm. Digərlərinə uğura nail olmağa kömək edirlər. Əgər gənc insanlarda gizli qalmış istedad aşkar edirlərsə, onlara dəstək olmağa, ruhlandırmağa can atırlar, öz biliklərini ürək açıqlığı ilə paylaşırlar.

11. Öz fikirlərini təklikdə dinləyirlər. Müsahiblərdən hər biri etiraf edib ki, gün ərzində ən azı 15 dəqiqə, əksər hallarda isə 1 saat tək qalıb analiz edir, düşünüb-daşınırlar, nə etdiklərini, hara üz tutduqlarını, yeni hədəflərini ölçür, təhlil edirlər.

12. Əks əlaqənin vacibliyi. Zəngin insanlar hər zaman geri dönüşləri təqib edir, çalışdığı və ya birlikdə yaşadığı insanların və ya dostların fikirlərini soruşurlar. Onlar əməkdaşların və müştərilərin fikirlərini dinləyib, rəylərini oxuyub nəzərə almağa açıqdırlar. Buna rəğmən qərarvermədə onlar tam sərbəstdirlər.

13. Adi insanlardan daha çox yığım edirlər. Sorğuda iştirak edənlərin 80%-i 50 yaşdan sonra milyonçu olub. Onlardan hər biri öz gəlirlərininn minimum 10%-i, maksimum isə 20%-i ayıraraq, yığım ediblər. Adi insanlarda isə belə yığımlar çox zaman 8% hədlərində olur.

177 MİLYONÇUNUN 16 ORTAQ VƏRDİŞİ

Woman in Blue Floral Top Sitting While Using Laptop

14. Yığımlar və xərclər də “fərqli səbət” prinsipinə əsaslanır. Adi insanlar bütün pulları eyni bir yerdə saxlayır və lazım gəldikdə oradan götürür (bu, bank hesabı da ola bilər, adi bir daxıl da). Amma gələcəyin milyonçuları yığım və xərclərinə də intuitiv olaraq “fərqli səbət” sistemi ilə yanaşır.

 

Səbət sayı dörddür:

  1. Təqaüd — müəyyən yaşa çatdıqdan sonra xərcləmək üçün nəzərdə tutulmuş pullar.
  2. Ailə məsrəfləri — Təhsil, toy, ailə ödənişləri
  3. Gözlənilməz xərclər — bu, sanki fövqəladə hallar üçün nəzərdə tutulmuş şəxsi fonddur. Məsələn, gözlənilməz maliyyə böhranı, işdən çıxma, təxirə salınmaz tibbi müdaxilə
  4. Bayram xərcləri — bu səbətdən ad günlərinə və bayramlara pul xərclənir.

15. Özünü nümayiş etdirməmək.  Özü varlanan insanların bir çoxu sərvətini açıq-aşkar nümayiş etdirməkdən çox zaman yayınır. Onlar sərvətləri ilə gündəmdə olmaqdansa, kasıb olmağı seçirlər.

16. Öz vaxtlarına qarşı qənaətcil münasibət. Zaman – resursdur, hətta ən vaciblərdəndir. Zənginlər onu boşa sərf etmirlər. Bununla yanaşı onlar gözləməyi bacarırlar. bütün respondentlərin ən əlamətdar xüsusiyyəti – təmkin və davamlılıqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir