mobil telefon

Mobil telefonlar hansı təkamülü keçdi?

Baxış sayı: 165

Dövrümüzdə İOS, android və vindovs kimi proqram təminatı ilə işləyən smart telefonlardan istifadə edirik. Bəs keçmişdə cib telefonları bizə nələri təqdim edirdi?

“Gencaile.az” Axar.az-a istinadən müasir mobil telefonlarla keçmişin telefonları arasındakı fərq haqda məlumatı təqdim edir.

Cib telefonları dövrü 1983-cü ildə “Motorola”nın təkmilləşdirdiyi “DynaTAC” ilə başlayıb. O telefonun ağırlığı 739 qram idi və kərpicə bənzəyirdi. Bu gün mobil telefonların batereyası bir gün belə davam etmir. Əvvəllər isə cib telefonlarının batareyası bir həftə enerji saxlaya bilirdi. Ən yaxşı oyun “Sneyk”, yəni “İlan” oyunu idi. Bu gün “Pokemon Qo”, “Qəzəbli quş”, “Qəbilələrin döyüşü” və bu kimi onlarla məşhur oyun var.

Əvvəllər bütün mobil telefonlar bir-birindən kəskin şəkildə fərqlənirdi. Bu günün smartfonlarının çoxlu müsbət xüsusiyyətləri var. Lakin etiraf edək ki, indi bütün smartfonlar bir-birinə bənzəyir. Əvvəllər isə “Motorola”, “Nokia”, “Samsunq” və digər telefonlar çox fərqli dzaynda olurdu. “Nokia N-Gage”, 6800, “Motorola V20” bunun ən gözəl nümunələrindəndir.

Sensor ekranlı mobil telefonları ilk vaxtlar idarə eləmək çox çətin idi. Ona görə də heç kim yeni model telefonlardan istəmirdi. Təbii ki, o dövrün sensor telefonları təkmilləşmiş, müasir smartfonlardan çox fərqlənirdi.

Bu gün smartfonlarımızı bacardığımız qədər qoruyuruq. Qəfil yerə düşən zaman sınmasın deyə şüşə ekran və qılaflardan istifadə edirik. Əvvəllər isə bu kimi şeylərə ehtiyac yox idi. Nokia-3310 yerə düşsə, yer qırılırdı. Çox sərt yerə düşən telefonun uzağı klaviaturası, batareyası çıxırdı ki, onları da yerdən götürüb yenidən birləşdirmək mümkün idi. Bundan sonra heç nə olmamış kimi istifadə edə bilirdik.

Bu gün “Samsunq” və “Əpl” dövrümüzün lider brendlərdir. Əvvəllər isə bir ad var idi – “Nokia”. “Nokia”nın 3310, 1100, 8210 və bir çox başqa modelləri insanların əsas seçimləri idi. “Nokia”dan sonrakı pillərdə isə “Motorola” və “Soni Eriksson” brendləri qərarlaşırdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir