xosbextlik

Möcüzəvi gün keçirmək üçün 10 addım

Baxış sayı: 286

Zehni, psixi, fiziki olaraq özünüzü tarazladıqda, özünüzlə digərlərini bir tutduqda və dəyərinizi bildikdə həyatınızda möcüzəvi anlar çoxalacaqdır. Bu da möcüzəvi gün yaşamanıza yardım edəcək 10 addım:

 

1) Bu gün bədəninizə faydalı olacaq bir şey edin: idman, masaj və s.

2) Ruhunuz üçün bir şey edin: zövqoxşayan bir musiqi dinləyin, meditasiya, reiki kimi.

3) Özünüzü pozitivə kökləyin: “bu gün özümü psixi, fiziki və zehni olaraq sağlam hiss edirəm” kimi.

4) Yardıma ehtiyacı olan birisinə yardım edin.

5) Bu gün yeni bir şey öyrənin: uzun zamandır marağında olduğunuz bir şeyi, sağlam qidalanmağı ya da ən yaxşısı hansısa səhvinizdən dərs almağı…

6) Çatmaq istədiyiniz bir şeyin xəyalını qurun və zehninizdə onu əldə etmə həyacanını hiss edin.

7) Uzun zamandır sevdiyinizi söyləmədiyiniz birinə “Səni Sevirəm” deyib üzündəki xoşbəxtliyi və təəccübü görün.

8) 20 dəqiqəlik belə olsa sizə faydalı olacaq bir kitab oxuyun.

9) Bütün bunları edərkən özünüzü mükafatlandırın və təbrik edin: şam işığında gözəl bir süfrə hazırlamaq, ruhunuzu rahatladan duş qəbulu, bir buket çiçək kimi sizə həzz verəcək və mənfi təsiri olmayacaq bir şey edin.

10) Bütün bunları edə bilmə gücünüz olduğu üçün və bu həzzi duya bildiyiniz üçün şükr edin.

 

Möcüzəvi anları duymaq sizin əlinizdədir. Hər gününüzü dəyər qatacaq şəkildə yaşayarsanız o zaman həyatın digər gözəllikləri də sizə doğru gələcəkdir.

Öz möcüzənizi özünüz yaradın. Sevgiylə qalın…