158

Moda evlərinin geyim xaricindəki qəribə məhsulları

Baxış sayı: 753

Brend yaratmaq çətin işdir. Standartlara cavab verdikdən sonra onu qoruyub ikona olmaq daha da çətindir. Bir nöqtədən sonra dizayn gücünü və keyfiyyəti sadəcə geyimlərdə deyil, gözlənilməz məhsullarda istifadə etmək isə artıq çox geniş yayılıb.

 

Skeytbord – “Hermes”

“Hermes” sənətkarlığı ilə hər parça bir sənət əsərinə çevrilir. Ağcaqayın ağacından hazırlanan bu skeytbordun üzərində markanın məşhur naxışlarından biri var. Bu məhsula əllə boyanmış effekti verilib və gündəlik istifadədən çox kolleksiyalar üçün uyğundur.

 

Çəki daşları – “Berluti”

Dəri sənətkarlığını fərqli bir sahədə istifadə etmək istəyən şirkət bir alman istehsalçısı ilə fitnes məhsulları seriyası hazırladı. Fərqli sahələrin işbirliyi nəticəsində meydana gələn bu məhsullar hələ də satışdadır. Qiymətlər isə lüks istehlak kateqoriyasındadır.

 

Nərd – “Prada”

Yəqin ki, hər kəs qara, qırmızı və ağ rənglərin ahəngini özündə əks etdirən taxta üzərində nərd oynamaq istəyərdi. Nərd taxtasının çölü isə “Saffiano” dərisi ilə örtülmüşdür.

 

Gitara – “Chanel”

Karl Lagerfeldin dövründə “Chanel” loqosu müxtəlif məhsullarda göründü. Velosiped, su qabı, konki və bir çox məhsulun içərisində gitara xüsusi diqqət çəkir. Gitaranın ağ rəngi ingilis model, aktyor və müğənni Kara Delevinqne ilə məşhurlaşmışdı. Bu məhsulun qiyməti isə 20 min dollardır.

 

Masa tennisi dəsti – “Loewe”

Masa tennisi diqqət tələb edən oyundur. Lakin bu dəstlə edilən bir matçı izləyərkən gözünüz loqolarda qala bilər. Möhtəşəm qəhvəyi rəngli dəst tennis sevənlər üçün çox özəl hədiyyə olacaq.

 

Rubik kubu – “Saint Laurent”

Mexaniki tapmaca vasitəsilə beyin qıvrımlarını işlədərkən “Saint Laurent” naxışlarını, izlərini görmək istəyiniz bu məhsul sayəsində mümkün olacaq.

 

Buz qəlibi – “Gucci”

“Gucci”nin geniş bir mebel kolleksiyası və ev aksesuarları seriyası var. Buz qəlibi də bunlardan biridir.

 

Qüllə Oyunu – “Louis Vuitton”

Markanın populyar kolleksiya parçasına Virgil Abloh havası gəlib. Bu məhsul canlı rənglərdə büllur şüşədən emal olunub.

 

İt yatağı – “Versace”

İtaliya moda evi tərəfindən barokko sənətini sevənlər üçün təəccübləndirən addım atıldı. Bu dəfə məşhur dizayndan evinizdəki sadiq dostlarınız faydalana biləcək.

 

Oyuncaq bloklar – “Tiffany & Co”

Gündəlik həyatda lüks yanaşmalarına öyrəşdiyimiz zərgərlik/aksesuar markasının oyuncaq blokları …

Bu bloklardan quracağınız bütün fiqurlar çox xoşunuza gələcək, dağınıq qalsa belə, toplamaq istəməyəcəksiniz, çünki ənənəvi oyuncaqlardan çox daha gözəl görünürlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir