geyim

Moda həvəskarları üçün küçə dəbindən yeni nümunələr – FOTOLAR

Baxış sayı: 77

Bu həftə də küçə modasında dəbdə olan bir neçə nümunələri sizlər üçün hazırladıq.

“Gencaile.az” saytı Türkiyə mətbuatına istinadən bu dəfə moda həftəsində müzakirə edilən, küçə dəbindən bir neçə geyim nümunələrini təqdim edir:

Moda həvəskarısınızsa, tələblərinizin həftədən həftəyə dəyişə biləcəyini bilirik. Fərqli toxunuşda və rəngdə olan koftalarla cins şalvarlarınızı birləşdirərək maraqlı kombinə edə bilərsiniz.

Dəri parçalar bu mövsüm ən ön sıradadır. Dəri çəkmələri, dəri gödəkçələr və ya dəri şalvarlara bu il daha çox vaxt üstünlük verilir.

Naxışlı və ya sadə üst geyimlər kombinənizə olduqca təsir göstərir. Bundan başqa, bu il aksesuar olaraq halqa sırğalarda gündəmdədir. Bu tip sırğaları naxışlı koftalarla kombinə edərək daha da cəlbedici görünə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir