MODA

Moda ilə bağlı 20 ipucu – QADINLARIN MENYUSUNA

Baxış sayı: 2. 020

Mövzu geyim və moda olduqda hər qadının adı kimi bilməsi gərəkən və bir gün ehtiyac duyacağı ipuclarını “Gencaile.az” sizin üçün toplayıb.

1. Kaşmir geyimlərinizi əlinizdə yuyun.

2. Qırmızı şərab ləkələrini təmizləmək üçün ağ şərabdan istifadə edin.

3. Yeni aldığınız cins şalvarları dərziyə aparmadan əvvəl ən az 2 dəfə yuyun. Cinslər yuyulduqda dartılır.

4. Tiftikli və yun geyimlərinizin tük tökməməsi üçün balaca sellofanın içərisində soyuducunun buzlu hissəsinə qoyun və 3 saat saxlayın.

5. Ucuz, ya geyinmiş geyimlər aldığınızda qoxudan xilas olmaq üçün 1 qab vodka və 2 qab suyu qarışdırıb fısqırdan şüşələrlə geyimlərin üzərinə səpin.

6. Geyimlərinizdəki dezodorantın səbəb olduğu ağ ləkələri təmizləmək üçün asılqanlarda istifadə edilən qoruyucu köpüklə parçaya yavaşca sürtərək təmizləyə bilərsiniz.

7. Ən sevdiyiniz çantanıza yağ damcıladığında uşaq pudrasını ləkənin üzərinə tökün və sabaha qədər gözləyin. Ləkə getməzsə, eyni şeyi yenə təkrarlayın.

8. Aldığınız köynəklər üçün 95% pambıq, 5 % likra qarışımına üstünlük verin. Cinslər  isə tərkibində ən az 2%  likra olarsa, əyninizdə daha gözəl oturacaq.

9. Şkafınızda geyimləri açıq rəngdən tünd rəngə doğru sıralayın.

10. Kaşmirin keyifiyyətini öyrənmək üçün yanlara doğru dartın yenidən buraxdığınızda eyni şəkil alsa, demək keyfiyyətlidir.

11. Cins şalvar alarkən geyinməyə vaxtınız yoxdursa, şalvarı boynunuza dolayın. Boynunuzun arxasında tam bağlanarsa, deməli, bədəninizə uyğundur.

12. Hansı paltar alacağınıza qərarsızsınızsa, “indi alış-veriş etsəydim, bunu alardım, ya yox?” sualına cavab verin. Cavabınız yoxdursa, almayın.

13. Çimərlik geyimlərinizi paltaryuyan maşında yumayın. Elastikliyini itirər.

14. Sevdiyiniz geyimin içinə yerləşmək üçün xüsusi günə kimi ancaq süd məhsulları və taxıl məhsulları yeyin.

15. Heç vaxt saxta bəzəklərlə bəzdilmiş çantadan istifadə etməyin. Saxta brilyantlar o dəqiqə seçilər.

16. Xüsusi dəvətlərdə cəsarəti bir kənara atıb sizə yaraşan geyimləri geyinin.

17. Geyimi ütülədikdən sonra o dəqiqə geyinməyin, 5 dəqiqə saxlayın sonra geyinin.

18. Tüklənən paltoları təmizləmək üçün ponza daşından istifadə edin.

19. Güldandakı güllərin uzun ömürlü qalmasını istəyirsinizsə, suya bir damcı vodka damladın.

20. Corablarınızın süzülməsindən qorxursunuzsa, saç lakını sıxıb bir az gözlədikdən sonra geyinin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir