moda

Moda və interyer: 5 aktual trend

Baxış sayı: 2. 518

Moda həyatın bütün sahələrində yaranır və qarşılıqlı proses nəticəsində formalaşır. Bir mənada geyim və interyer dizaynerlərinin fəaliyyətləri eynidir. Hər ikisi müştərilərin istəklərini nəzərə alıb, onların zövqünə yönəlik çalışırlar. Buna görə də onlar əsasən eyni istiqamətdə irəliləyirlər: art-nuvodan müasir incəsənətə, pop-artdan folklor incəsənətinə qədər bu siyahını uzatmaq olar. “Gencaile.az” Foxy.az-a istinadən bu dəfə sizə bir-birinə yaxın olan bu iki sahənin qarşılıqlı mübadiləsini, ruhlandırıcı və aktual istiqamətlərini təqdim edir.

Skandivaniya tərzi

Əslində skandi tərzi çoxdan klassikaya çevrilsə də, son zamanlar modada keçmişə dönüş yaşandığından İsveç və Danimarka moda həftələrində fenomenə çevrilib. Bugün trendlər bahalı, iddialı və müasir geyimlərdən uzaqlaşıb və nəhayət ki, skandinaviyalı dizaynerlər də özlərinin lakonik və darıxdırıcı olmayan işlərini təqdim ediblər. Skandinaviya tərzində geyim və interyer dizaynı eyni prinsiplər əsasında formalaşıblar. Sadəcə, bu tərz təbii materiallara sevgi və sərt iqlim şəraiti ilə diktə olunur, rəng qamması bej, qrafit, nanə, mavi və ağ əsasında fomalaşır ki, bu da şimal təbiətini xatırladır. Skandinaviya qarderobu böyük hörgülü sviterlər, həcmli, çox qatlı və sadə kəsimli əşyalarla, interyeri isə düz xətlər, kobud ağac işləmələr, açıq rənglər və dəqiq formalarla xatakterizə olunur. Bir sözlə bu tərz şimal ölkələrində rahat həyat üçün düşünülüb, amma skandi tərzi rus mənzilləri və onların bəzədilməsi üçün uyğun deyil.

Pop-art

Pop-art kütləvi istehlak mədəniyyətinin təsiri altında formalaşıb və ən çox da sitat gətirilən trendlərdən biri oldu. O şəhər interyerinə tez daxil oldu və gənclərin zövqünü oxşadı, podiumlarda isə 70-ci illərdə Yves Saint Laurent-in pop-art ikonu Andy Warhol-un portretləri ilə ərsəyə gətirdiyi paltarla özünü göstərdi. Dövrümüzdə də bu tərz öz aktuallığını itirmir. Belə ki, 2011-ci ildə Lisa Perry istənilən dizayner üçün pop-artın ikinci atası hesab olunan Roy Lixtenşteynin əsərlərindən ibarət paltar kolleksiyasını təqdim etdi. İnteryerdə pop-art stili rəng və fakturasına görə asanlıqla tanınır. Podiumda dizayner layihələri keçmişə qayıtdığı bir vaxtda  pop-art bir otaq və ya bir paltar üçün tamam fərqli dönüş edib.

Etnik tərz

Bu il etnik tərz çox məşhurdur. Müəyyən müddət sonra şəhər insanları təbiətlə əlaqələrindəki boşluğu hiss edib, təbii şeylərə qarşı ehtiyac hissi duyurlar. Hər il dizaynerlər fərqli coğrafi bölgələri seçirlər – Cənubi Afrika qəbilələrinin, eskimosların, yerli hind qadınlarının və ya Cənubi Amerika quaçolarının milli geyimlərindən ilhamlanaraq kolleksiyalarını təqdim edirlər. Bu mövsüm etnik tərz özünü modada daha zərif notlarla göstərir, interyerdə isə qlamurluq öz sözünü deyir. Təbii materiallar interyeri canlandırır, ona istədiyiniz rahatlıq və istiliyi verir – sadə, naxışlı bir vaza belə sənət obyekti ola bilər və ümumi görünüşə təbiilik qatar.

Qara və ağın kontrastı

Mövsümün son trendinə uyğun olaraq bu tərzdə klassik dənizçi zolaqları, üfüqi, şaquli və əyri xətlər əsas götürülür. Bu il dizaynerlər həndəsədən təsirlənərək qara və ağın ziddiyyətli birləşmələrindən ərsəyə gələn işləri təqdim edirlər (məsələn, Balmain kolleksiyası). Dəqiq xətlər, sadə qatlama, amma effektli nümunələr interyer dizaynerlərinin işlərini xoşa gələn edir. Belə ki, bunlar qara və ağın birləşdiyi eyni kombinasiyada  vizualın gizlədilib, ümumi məkanın genişliyini göstərməyə yardımçı olur. Monoxrom forma dizaynı anlayan insanlara bunu sınaq kimi yoxlamaq ideyasını verir.

Çiçəkli print

Çiçəkli print tərzi çox klassikdir, buna görə də heç vaxt dəbdən düşməyəcək. Amma dizaynerlər hər il ona yeni bir ruh verib, yeni ixtiralar edərək dəb aləminə təqdim etməlidirlər. Bu mövsüm rəngarəng qönçələr paltar və köynəklərdə, divar kağızlarında, stul örtüklərində və ev tekstilində çiçəklədi. Dizaynerlər bu dəfə üslubla oynamağı tərcih etdilər. Belə ki, ev dizaynında müasirliklə 60-cı illərin dəbinə hərəkət oldu, tək qönçədən, bəzən isə heyranedici çələnglərdən istifadə etdilər. Dizaynelərin istər podium, istərsə də interyer üçün olan kolleksiyalarında müxtəlif çiçək printlərin mix-match-ı trend oldu. Bu tərzdə əsas odur ki, məkan və fiqurun nisbəti nəzərə alınsın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir