qarpiz

Mövsümü olmayan qarpız-qovun yeyəkmi?

Baxış sayı: 195

İyun ayının ilk günləri olmasına baxmayaraq artıq bazarlarda qarpız, yemiş satıldığının şahidi oluruq. Araşdıranda məlum olur ki, bu məhsullar əsasən İran və Türkiyədən gətirilir.

Həkimlər dəfələrlə mövsümü olmayan meyvələrin insan orqanizmi üçün zərərli olduğunu qeyd etsə də, bu cür meyvə-tərəvəzlərin alıcılıq qabiliyyəti kifayət qədərdir. Məlumdur ki, mövsümü olmayan meyvə-tərəvəzlər yetişdirilərkən onların tez yetişməsi və uzun müddət saxlanılması üçün kimyəvi maddələrdən istifadə edilir. Beləliklə, nitratların, böyümə hormonların istifadə edilməsi məhsulu kifayət qədər təhlükəli edir. Bu cür məhsullar da insan üçün onkoloji, qaraciyər xəstəliklərinə, bir çox hallarda isə zəhərlənmələrə səbəb ola bilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı aşağıdakıları dedi: “Bu cür məhsullar ağır insan əməyinin nəticəsində əmələ gəlir. Çünki onlar ağır istixanalarda yetişdirilir, ağır zəhmətdən sonra ərsəyə gəlir. Son 6 ildə hər il bizim qurumumuz xüsusi vasitələrlə qarpızın, yemişim tərkibində olan nitratları ölçür. Demək  olar  ki, bütün Bakı bazarlarında monitorinq aparmışıq, nəticədə məlum olub ki, araşdırılan qarpızların 98 faizinin tərkibində nitratların miqdarı normadan xeyli çoxdur. Halbuki, həm yemişdə, həm də qarpızda 60 ml qramdan artıq nitrat olmamalıdır. Lakin dəfələrlə  yoxlamışıq, bu miqdar 300 və yaxud 350 ml qram çıxır. Bu miqdar artıq 360 olarsa insanlarda zəhərlənmələr olur. Qarpız-yemişdə nitratın miqdarının çox olmasının da müxtəlif səbəbləri var. Belə ki, sovet dövründə Azərbaycan torpaqları zəhərlənib, nəticədə kəndli məcburən bu məhsullara nitrat verir. Əgər nitrat verilməsə,  nəticə olmur. Mövsümü olmayan meyvə və tərəvəzlərdə isə nitratın tərkibi daha çox olur. Bu qorxuludur. Məlumdur ki, insanlar mövsümü olmayan meyvələrdən istifadə edir, biz bunun qarşısını ala bilmərik. Sadəcə, tövsiyə edə bilir ki, bu meyvələrdən az qəbul edilsin. Hazırda bu məhsullar bazara çıxarılıb. Qida Təhlükəsizliyi Agentliyi həmin məhsullara nəzarət etməli, kəndliyə başa salmalıdır ki, məhsula nə qədər nitrat vermək olar”.

Eyyub Hüseynov ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, bir çox ekspertlər həm mövsümü, həm də mövsümü olmayan qarpız-yemiş alarkən satıcıları diqqətli olmağa çağırır. Bildirilir ki, qalın qabıqlı, ölçüləri həddindən artıq böyük, üzərində boz və ağ zolaqları olan qarpız və yemişləri almaq tövsiyə olunmur. Xüsusən də diqqət etmək lazımdır ki, qarpız və ya yemiş Günəş şüası altında çox qalmasın.

Əgər qarpız əzilmiş, çürümüş və formasını dəyişibsə, ondan istifadə etmək olmaz. Və yaxud əgər qarpızın rəngi ağ və çəhrayı rəngdədirsə, deməli məhsul hələ yetişməyib. Digər tövsiyələrdən biri də budur ki, bu məhsulları soyuducuda uzun müddət saxlanılmasın.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir