pencek

Mövsümün pencək trendi – FOTOLAR

Baxış sayı: 1. 304

Heç kimə sirr deyil ki, bej çalarları aktuallığın zirvəsindədir. Odur ki, payız alış-verişində sakit qum palitrası ilə südlü qəhvə rənglərinə üstünlük verməyi məsləhət görürük. Bu universal ton onu istənilən rənglə birləşdirməyə və effektli nəticə əldə etməyə imkan verir. Yadda saxlayın ki, karamel tonları qaranın ən yaxşı alternatividir. Çünki karamel də ən az qara qədər ölməz klassikadır.

Bu mövsümün əsas trendlərindən biri də karamel pencəklərdir. Dizaynerlər belə pencəklərin bejdən, südlü qəhvə və çirkli qum rəngindən incə dəvə yunu çalarlarınadək olan ən aktual variantlarını təklif edir. Onlar adi pencəkdən uzunluğuna görə seçilir.

Modapərəstlər üçün onları ilhamlandan bir neçə nümunə seçmişik. İlk soyuqda dəstinizi belə bir pencəklə tamamlayın.

PENCEK 6

PENCEK 4

PENCEK 2

PENCEK 3

PENCEK 1

PENCEK




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir