menzil

MTK-lardan mənzil alarkən nələrə diqqət edilməlidir?

Baxış sayı: 166

Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi Mənzil-Tikinti Kooperativləri (bundan sonra- MTK) hesab edilir.

MTK istehlak kooperativləri olmaqla, üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər.

MTK-lardan mənzil alarkən aşağıdakı məsələlərə diqqət etmək vacibdir:

• MTK ilə müqavilə bağlayarkən müqavilənin formasından (şablon forma) əlavə, əsas diqqət etməli məqam müqavilənin müddəalarıdır. Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunmalı və bağlanmalıdır;

• Alıcılar alqı-satqı müqavilələri bağlayanda daha diqqətli və ən əsası tələbkar olmalı, müqaviləni imzalamaqdan əvvəl burdakı bütün bəndləri, xüsusilə şirkətin götürdüyü öhdəlikləri öyrənməli, qarşı tərəfdən şərtləri dəqiqləşdirməyi tələb etməlidirlər;

• Mənzil alıcıları tikinti şirkətinin öhdəlikləri (binanın təhvil verilməsi üçün müraciət edilməsi, kommunal xidmətlərlə təminat, mənzillərin sənədləşdirilməsinə başlanması və s.) hansı müddətlərdə icra ediləcəyini (icra qrafikini) öyrənməli, ən əsası bu qrafikin yazılı şəkildə müqaviləyə daxil edilməsinə çalışmalıdırlar. Bir sözlə, mənzil alıcıları müqavilədə nəzərdə tutulanlarla bağlı bütün suallarına cavab tapmalıdırlar;

• Mənzillərin satışı üzrə bütün müqavilələr notariat qaydasında təsdiqlənməlidir, yəni müqavilələrin qeydiyyatının olması;

• Mənzil sertifikatının tələb olunması (mənzil sertifikatında hansı işlərin görüləcəyi, mənzilin təmir edilib-edilməyəcəyi, binanın təhvil verilmə müddəti dəqiq göstərilir. Sertifikatı verən şirkət bu şərtlərə dəqiq əməl etməlidir, əks halda məsuliyyətə cəlb oluna bilər);

Yeni inşa edilmiş yaşayış binasında mənzil sahibi olmaq istəyən hər kəs daşınmaz əmlaka dair çıxarışın verilib verilməyəcəyi ilə bağlı dəqiq məlumatı əvvəlcədən öyrənə bilər.

Bu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların istifadəsinə verilmiş “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlı elektron xidmət ilə mümkündür.

Mənzil alınmasından öncə elektron xidmətdən faydalanmaq istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 8-ci elektron xidmət olan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” bölməsinə daxil ola bilər. Hər bir vətəndaş onu maraqlandıran daşınmaz əmlakın ölkə üzrə yerləşdiyi şəhər, rayon, qəsəbə və ya kəndi müvafiq bölmələrə daxil etməlidir. Çoxmərtəbəli yaşayış binasının yerləşdiyi küçəni və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı dərhal əldə etmək mümkündür.

menzil

Çıxarış ilə bağlı tələb olunan sənədlərin siyahısı:

• Mənzil sahələri və mənzil-tikinti kooperativi binasının tərkib hissəsi olan yaşayış (qeyri-yaşayış) sahələri üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədlərin siyahısı;

• Mənzil-tikinti kooperativi binasının tərkib hissəsi olan yaşayış (qeyri-yaşayış) sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədlərin siyahısı;

• Torpaq sahələri (yaşayış və bağ evləri) üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədlərin siyahısı;

• Fərdi yaşayış evləri üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədlərin siyahısı;

• Bağ sahələri (boş torpaq sahələri) və ya bağ evi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədlərin siyahısı;

• Qeyri-yaşayış sahələri üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədlərin siyahısı;

• Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunan digər sənədlərin siyahısı;




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir