muellim

Müəllimlərin öyrətdiyi yanlışlar və onların doğru versiyası

Baxış sayı: 2. 095

Bu günlərdə yeni dərs ili başlanacaq. Daha çox məlumat almaq üçün məktəblərin yolunu tutacaq uşaqlar isə heç də hər zaman doğru məlumat almırlar. Sən demə, bu günə qədər məktəblərdə öyrəndiyimiz çox şey yanlış imiş. Və biz bu yanlış məlumatların əsasında bəzən bir ömür boyu nələrdəsə səhv etmişik.

 

1. Dərinin üstündən mavi görünən damarlar çirkli qan daşıyırlar.

Nə olursa olsun, qan daima qırmızıdır. Damarlarımız mavi görünürlər, çünki yağlar işığın aşağı dalğasını absorb edir. Bu vəziyyət də yüksək enerjili mavi işığın dərimizdən keçməsinə səbəb olur.

2. Ancaq 5 duyğumuz var.

Halbuki; aclıq, susuzluq, hərəkət, təzyiq, qaşıntı və çimmək ehtiyacı kimi hisslər kimi bir çox duyğu hisslərimiz var.

3. Xristofor Kolumbun Amerikanı kəşf edən məsum bir səyyah olması

Hər şeydən əvvəl bilməliyik ki, Kolumb olduqca varlı bir kölə taciridir. “Teleqraf”ın yazdığına görə, Kolumb kişiləri, qadınları və uşaqları İspaniyaya aparmaq üzrə yığıb və onları məhz sirk heyvanları kimi kölələşdirib. İnsanların çoxu səfər zamanı ölüb və qalanlar da 6 ay ərzində həyatını itirib. Bu vəziyyətdə də Kolumb tapa bildiyi ən yaxşı tipdəki 550 insanı seçib, adamlarına da istədiklərini qula çevirmə əmrini verib. Bundan sonra isə o, daha 600 nəfərin də əlavə olunduğu ikinci səfərə çıxıb. Avropaya səfər əsirlər üçün olduqca zəiflədici olub və onlar güc-qüvvətdən düşüblər. 200 əsir məhz Kolumbun əmri ilə gəmidən atılıb. Amma adamlarının əsir etdiyi 600 insan haqqında hər hansı məlumat mövcud deyil.

Yəni, Kolumb məktəblərdə haqqında danışıldığı kimi məsum bir şəkildə dünya turuna çıxan insan deyil. O, qula çevirmək üzrə kişi, qadın və uşaq axtaran, bu səbəblə də dünyanı dolaşan bir canidir.

4. Çin səddi kosmosdan gözlə görünə bilir.

Əslində isə Çin səddi kosmosdan adi gözlə görünə bilmir, onu ancaq xüsusi cihazla qeydə almaq mümkündür.

5. Dilimiz fərqli dadları qəbul edən hissələrə ayrılıb.

2012-ci ilin avqust ayında “The Journal of Cell Biology”də yayımlanan bir məqaləyə görə, dilimizdə fərqli hissiyatlara sahib bölgələr var, amma tez-tez alıntı edilən şirin, acı, duzlu, turş kimi dadları tamamilə ayrı bölgələrə yerləşdirən dil xəritəsi etibarlılığını itirib.

6. Napaleon çox qısa boyludur.

Tarixi mənbələrdə Napaleonun 1.58 m boyunda olduğu qeyd edilib. Amma bu gün Napaleonun 1.73 m boyunda olduğu və yaşadığı dönəmdə də bu uzunluğun norma olduğu qeydə alınıb.

7. Beynimizin ancaq 10 faizlik bir qismindən istifadə edirik

Əslində beynimizin bütün hissəsindən istifadə edirik. Con Hopkinsdə bir nevropotoloq olan Barri Gordon deyib ki, beynimizin bütün hissəsindən istifadə edirik və beynimizin böyük bir qismi daim aktiv bir haldadır.

8. Buğalar qırmızı rəngə nifrət edirlər.

Buğalar hərəkət edən bir çox canlıya qarşı hərəkətə keçirlər. Bunu aparılan testlər ortaya çıxarıb: matadorlara qırmızı, ağ və mavi rəngdə şalvarlar geyindirərək, buğaların reaksiyasını müşahidə ediblər.

9. Kosmosda cazibə qüvvəsi yoxdur

Cazibə qüvvəsi hər yerdə var. Bunu bir çox elmi araşdırmalar sübut edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir