Müasir dövrün yaraşıqlı şahzadələri

Baxış sayı: 1. 319

Adama elə gəlir ki, kraliça və krallar müasir dünyadan tamamilə uzaqdır. Lakin bəzi ölkələrdə monarxiya qalıb, deməli, əsl şahzadələrə hələ də rast gələ bilərik. Kralların və şahzadələrin həyatları böyük maraq doğurduğu üçün həmişə diqqət mərkəzində olublar. Yeni dövr göstərdi ki, kral saraylarına və onların layiqli nümayəndələrinə olan maraq hələ də itməyib. “Gencaile.az” Publika.az-a istinadən bu yazıda oxucuları onlarla tanış edir.

Şahzadə Harri

Yəqin ki, bu, dünyada ən məşhur şahzadədir. Kürən subaya Avropanın bir çox zadəgan ailələrinin qızları heyrandır. Hətta elit təbəqənin nümayəndələri olmayan qızlar da ona ərə getməyə can atır. Uels şahzadəsinə hava korpusunun kapitanı rütbəsi verilib, o, Afrika yetimləri haqqında sənədli film çəkib və dünya rekordu qırıb. Əldə edilən vəsait sözsüz ki, xeyriyyəçiliyə xərclənib. Lakin qeyd etmək lazımdır ki, şahzadələr də səhv edir və buna görə cavab verməli olurlar. Harrinin bioqrafiyası heç də ürək açan deyil. Bu yaraşıqlı gənc kolleci coğrafiya fənni 2 ilə bitirib, spirtli içki ilə bağlı dəfələrlə qalmaqal yaşayıb. Harrinin sevgi məsələsində də bəxti gətirməyib. Belə ki, uzun müddət sevgili olduğu Çelsi Dayvi şahzadəyə “Belə həyat mənlik deyil” deyib və rədd cavabı verib. Amma şahzadə ümidini itirmir. O, ümid edir ki, nə vaxtsa yenidən aşiq olacaq.

Bruney şahzadəsi

Əl-Muxtadi Billa Bolkiax cəmiyyətdə tez-tez görünməyi və diqqəti sevmir. Lakin dəbdəbəli toyunu mətbuatdan gizlədə bilməyib. Digər şahzadələrdən fərqli olaraq Əl Muxtadi ciddi işlə məşğul olur. O, Oksfordu bitirdikdən sonra Bruneydə nazirlər kabinetinə rəhbərlik edir. Bilyard və idman avtomobili kolleksiyası toplamaq şahzadənin sevimli məşğuliyyətlədir.

İsveç şahzadəsi

Karl Filip kifayət qədər sakit həyat tərzi sürür. Şahzadə maşın yarışları, həmçinin bədii foto sənəti ilə maraqlanır. O, “National Geographic” üçün bir neçə filmlərin yaradılmasında iştirak edib və 90 km-lik marafonda qalib gəldi. Karl Filipin həyat yoldaşı Sofiya elit təbəqənin nümayəndəsi deyil. O, cavanlıqda modelliklə məşğul olub, hətta ofisiant işləyib. İndi isə xoşbəxt ailə valideyn olmağa hazırlaşır.

Monako şahzadəsi

Monako şahzadəsi Andrea Kaziraqi 1000-dən çox kitab oxuması ilə öyünür və heç bir halda paparatsilərə dözmür. O, kolumbiyalı həyat yoldaşı Tatyana ilə oğlunun dünyaya gəlməsindən yarım il sonra ailə qurub.

İordaniya şahzadəsi

21 yaşlı şahzadə Hüseyn bin əl-Abdullah universitetdə təhsilini uğurla davam etdirir, bununla bərabər atasına yardım edir, həmçinin futbol və motosikletlərlə həvəs göstərir. İordaniya şahzadəsi xeyriyyəçiliklə də məşğuldur.
Danimarka şahzadəsi

Danimarka şahzadəsi Frederik Harvard universitetini bitirib, o qütb ekspedisiyasının iştirakçısı olub, eləcə də qusar alayında xidmət edib. O, avstraliyalı həyat yoldaşı ilə Sidney Olimpiya oyunları zamanı tanış olub. Cütlüyün 4 uşağı var.

Ərəb şahzadəsi

Dubay əmirliyinin şeyxini tez-tez Ələddinlə müqayisə edirlər və planetin ən qibtə ediləsi nişanlısı adlandırırlar. Həmdan bin Məhəmməd əl-Məktum gözəl təhsilə malikdir. O, şeirlər yazır və ekstremal idman növləri ilə məşğul olur. Onu da bildirək ki, şahzadənin instaqram səhifəsini 4 milyondan çox insan izləyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir