geyim

Müasir yay obrazının vacib atributunu hansı ayaqqabı ilə uzlaşdırmalı?

Baxış sayı: 1. 303

Balağı qısa şalvarlar zəmanəmizin ən zərif geyimləri sırasına daxildir. Yubka-şalvarlar, balağı qısa olan cins və ya klassik ciddi şalvarlar müasir qızların dəbli obrazının vacib atributları sayılır. Lakin “Onları hansı ayaqqbı modoelləri ilə kombin etməli?” sualı indiyədək qızları düşündürən dəb mövzularından biri olaraq qalır: Dikdaban, yoxsa yastıdaban? Bu zaman diqqət etməli bəzi xüsusiyyətlər var.

“Gencaile.az” “Publika.az”-a istinadən modapərəst oxucuları balağı qısa olan şalvarlarla uyğun gələn ayaqqabı modelləri ilə tanış edir.

 

Yubka-şalvar (külot)

Dəbdəbəli, geniş külotlar stənilən tipli bədən quruluşuna çox gözəl yaraşır: qüsurları, artıq çəkini gizlədir, boyu isə vizual olaraq daha yüksək göstərirlər. Onlar qalın dabanlı botilon (Qısaboğaz çəkmə), yaxud da biləkdən bağlanan dikdabanlarla əla görünür.

Cins şalvar

Balağı qısa, dar cins şalvarlar ayaqların ən incə hissəsini vurğulayır. Onları klassik stiletto, yaxud da incə kəmərləri olan ayaqqabılarla tamamlamaq tövsiyə edilir.

50-ci illərin klassikası

Daralmış şalvar və dəri lofer sanki bir-biri üçün yaradılıb. Bu, rahatlıq sevən, amma krosovka geyinmək istəməyənlər üçün əlverişli vəhdət olacaq.

Klassik qara şalvar

Balağı qısa olan klassik qara şalvarla ciddi kostyum ofis uniforması kimi istifadə edilir. Ənənəvi ayaqqabı əvəzinə klassik snikers modellərinə üstünlük verin.

Və əlbəttə ki, stilettolar…

Siyahımızı zərif dikdabanlarsız tamamlamaya bilməzdik. Düzdür, universal ayaqqabı bir qayda olaraq istənilən dəstlə uzlaşır. Lakin stilistlər balağı qısa şalvarlar üçün neytral variantlar seçməyi tövsiyə edirik. Çünki dəri çalarları ayaqları vizual olaraq uzadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir