kisi

Mübahisəsiz və davasız: çətin insanla ünsiyyəti necə qurmalı?

Baxış sayı: 1. 495

İnsanlar müxtəlif olur. Bəziləri adekvat, bəziləri isə adekvatlıqdan uzaq. Ən pisi isə ikincilər ilə hər bir sahədə rastlaşmaq imkanıdır.

Bəs belə insanlar ilə necə ünsiyyət qurmaq lazımdır?

 

Hazırlıqlı olun

Bu musiqi aləti kimidir. Əvvəlcəsən kökləmək lazımdır. Yalnız 100 faiz əmin olduğunuz şeylər haqqında danışın. Sizi təhrik etsələr də, onlara uymayın. Mənəvi dayanıqlı olun.

 

Əgər həmin adam yaxınınız və ya qohumdursa

Bu zaman qabaqcadan “adam kimi” danışmaq, söhbət üçün gəldiyinizi bildirin, mübahisə üçün deyil.

 

Hər şeyi olduğu kimi qəbul edin

Ətrafdakılar sizi sevməyə, sizinlə razılaşmaya və hesablaşmaya bilər. Bu onların mənəvi haqqıdır. Bunu olduğu kimi qəbul edin və onları dəyişməyə çalışmayın. Əgər belə birisi ilə ünsiyyət qurmaq məcburiyyətində qalmısınız isə, əvvəlcədən fikirlərinizi birləşdirə biləcək bir məna tapmağa çalışın. Bunu isə yalnız sakit başla edə bilərsiniz.

 

Səhv etmək imkanı

Hər bir kəs səhv edə bilər. Bundan heç kəs sığortalanmayıb. Bu sizin insanlara olan hörmət və münasibətinizə təsir etməməlidir. Bilin ki, siz də öz növbənizdə səhv edə bilərsiniz.

 

“Həzm sürəti”

Hər kəs fərqli sürət ilə aldığı informasıyanı həzm edə bilir. Qarşı tərəfin başa düşməsini səbrlə gözləyin. Əgər siz nəisə başa düşmürsünüz isə, təkrar soruşmaqdan çəkinməyin.

 

Təsir

Siz öz fikir və bildikləriniz ilə qarşı tərəfə təsir göstərdiyiniz kimi, onlar da sizə eyni addımlarla təsir göstərməyə çalışır. Ehtiyatlı olun, özünüzə inamı itirməyin.

 

Başa düşülən dildə danışın

Siz başa düşülən dildə danışan insanları sevirsiniz və hər şeyi tez bir zamanda qavrayırsınız. Qarşı tərəf də eyni ilə sizin kimi. Çalışın aydın danışasınız və intellektual səviyyəsi daha aşağı insanlar ilə söhbətləşməyəsiniz. Əks halda necə danışmağınızdan asılı olmayaraq, qarşı tərəfin bir şey başa düşməsi sual altında qalacaq.

 

Aktiv-aqressiv insanlar

Belə insanlardan uzaq durmaq daha məsləhətdir. Deyilən sözləri qulaq ardına vurun. Belə insanlar sizdə kompleks yaratmağa çalışacaq, onlar daim zəif yerdən vurmağı sevirlər. Bu təsirin altına düşməyin.

 

Şəxsi keyfiyyətlərə qədər getməyin

Hadisə və faktlardan söhbət edin. Əgər mübahisə başlayıbsa, zarafat edərək mübahisədən qaçın.

 

“Siz” ilə danışın

Aqressiv tərəfi nə qədər yüksək tutsanız, o özünü bir o qədər sakit aparmış olacaq (eqosu soyuyacaq). Belə siz sakit bir şəkildə söhbətinizi davam etdirə bilərsiniz. Söhbətin sonun da “minnətdaram”, “fikir bölgüsü üçün təşəkkür edirəm” kimi sözlər, sizin nə qədər intellektual və tərbiyyəli olduğunuzu ortaya qoyacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir