Mubariz Tagiyev

Mübariz Tağıyev gizlinləri açdı: “Dayın səni adam yerinə qoymurdu, ay yazıq” – MÜSAHİBƏ

Baxış sayı: 2. 352

1980-cii illərdə Azərbaycan estradasının populyar ifaçılarından olan Cəfər Behbudovun mətbuata verdiyi açıqlama gündəmi bir-birinə vurub.

Uzun illərdi xarici ölkələrdə yaşayan müğənni APA-ya müsahibəsində Azərbaycanı tərk etməsinin səbəbini küsməsi ilə izah edib: “Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm. Yəqin ki, mənim küsdüyüm adamlar indi də var. Ona görə gəlmək istəmirəm. Çoxları elə bilir fəxr ad vermədilər, ona görə çıxıb getdim, amma elə deyil. Əslində, o vaxt mənə fəxri ad vermək istəyirdilər. Adım siyahıda var idi. Sonra Mübariz Tağıyevin adını ora saldılar. Amma mənim heç kimə incikliyim, narazılığım yoxdur. Başa düşürəm ki, belə olmalı idi, vaxt bunu tələb edirdi.”.

Publika.az-a müsahibə verən M.Tağıyev həmkarının açıqlamasını cəfəngiyyat adlandırıb.

– Mübariz müəllim, keçmiş həmkarınız Cəfər Behbudov mətbuata müsahibə verərkən iddia edib ki, vaxtilə onun üçün nəzərdə tutulan fəxri adı sizə veriblər? Bu iddia nə dərəcədə doğrudur?

– O adamın başı xarab olub, danışdıqları da cəfəngiyyatdır. Oturub fikirləşsin və öyrənsin ki, ölkəni neçənci ildə tərk edb və niyə gedib?

Mən əməkdar artist adını 2000-ci, xalq artisti adını isə 2006-cı ildə almışam. O vaxtlar uzun illər idi ki, fəxri adların verilməsi dayandırılmışdı. Mən teleteatrda bir tədbirdə çıxış etdim, ulu öndərin çox xoşuna gəldi. Evə gələndən sonra mənə zəng gəldi və fəxri ad aldığımı deyib, təbrik etdilər. Bu insan nə danışır. Heç özü də bilmir. Digər tərəfdən lap tutaq ki, fəxri adı mən almışam, adama deyərlər. belə yaxşı eləmişəm, sonra nə sözün var. O vaxt Mübariz Tağıyev hansı pillədə idi, sən hansı pillədə. Hansı yaradıcılığınla fəxri adı almalıydın ki?

– Onunla əvvəllər münasibətiniz necə olub?
– Adi, salam-sağol səviyyəsində. Onun xasiyyəti elə idi ki, tənha adam idi. Tək canavar kimi yaşayırdı və daim dodağının altında mızıldanırdı. Deyim ki, heç aramızda söz-söhbət, mübahisə də yaranmayıb.

– Bildiyim qədər dayısı Rəşid  Behbudoadan çox Rafiq Babayev ona kömək edirmiş?

– Düzdü, Rafiq Babayev onu Azərbaycan televiziyasına dəvət etmişdi. O vaxt bir çox cavan musiqiçiləri başına toplayan Rafiq müəllim istəyirdi o da gəlib özünü tanıtsın. Heç solist də deyildi, ara-sıra oxuyub gedirdi.

– Rəşid Behbudovun ona münasibəti necə idi?

– Rəşid onu adam yerinə qoymurdu.

– Niyə, xoşuna gəlmirdi ki?

– Nə bilim. Rəşid Behbudov sənətə qiymət verən adam idi.

– Bəs nə əcəb onun Mahnı Teatrında işləməsinə imkan vermişdi?

– Neyləsin bacısıoğlu idi, kömək eləmək istəyirdi. Hətta bir dəfə Rəşid müəllim mənim yanımda ona qışqırdı və dedi ki, sən Məstanovsan, xeyir ola, Behbudov soyadını daşıyırsan? Mənim kölgəmdə gizlənirsən.

– Rəşid Behbudov getdiyi qastrol səfərlərinə onu aparırdı?

– Yox, heç vaxt. Bir-iki dəfə çəkilişlərdə bizimlə bərabər olub, vəssalam. O da özünü müğənni sayır? İndi ortaya düşüb, köhnə palan içi tökür.

– Sizcə niyə?

– Yəqin ki, fəxri ad almağım məsələsində sözü Rafiq Babayevə atır. Amma həmin vaxt heç Rafiq müəllim həyatda yox idi. O adam çaşıb e, nə danışdığını özü də bilmir.

– Rafiq Babayevə niyə söz atır ki? O vaxt araları yox idi?

– Necə yox idi. Rafiq müəllim onu tanıtmışdı, onu çəkilişlərə dəvət edirdi. Uzun illər xaricdə yaşayıb, bilmir nə danışır.

– Bəlkə sizin adınızı hallandırmaqla gündəmə gəlmək istəyir?

– Elə söhbət budur da. O yaxşı bilir Mübariz Tağıyevin sənəti ilə müqayisədə heç kimdir. Ümumiyyətlə, o adam çox paxıl, özündənrazı insan olub. Daima həyatdan narazı idi. İndi hardan peyda olub bilmirəm. Mən bilən Ukraynada yaşayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir