masin

Mühəndis beyninin xarüqələri

Baxış sayı: 145

The Scarab

Şəhər nəqliyyatının yüklənmiş yolları üçün ən mükəmməl həll yolu – “The Scarab” avtomobilidir. Yalnız bir sərnişinə malik olan, şaquli vəziyyətdə dönə bilən rahat avtomobil batareya və ya adi yanacaqla işləyir.

Covini C6W

Altı təkərli bu idman avtomobilini italyan avtodizayner Ferruççio Kovini ixtira edib. Mükəmməl ixtira haqda dizayner hələ 1974-cü ildən xəyal edirdi, lakin o zaman avtomobil sənayesi ixtiraçının ehtiyaclarını təmin edəcək qədər inkişaf etməmişdi. Bu gün “Covini C6W” müasir idman avtomobillərinə meydan oxuyur. O, 2 əlavə qabaq təkəri ilə idarədə sabitliyə və yaxşı əyləc sisteminə malikdir.

Hummer H3

Taxta təkərli “Hummer H3” ictimaiyyəti təəcübləndirib. Britaniyalı dizayner Metyu Harrison hər kəsi inandırır ki, onun yeni “Hummer”i əsl incəsənət əsəridir. Çünki taxta təkərli bu nəhəng yolsuzluq avtomobilində hər şey – gözəllik, mühəndislik sənəti və tarix öz əksini tapıb.

Bloodhound SSC

Alim Riçard Noublun ixtirası, gələcəyin avtomobili “Bloodhound SSC” görünüşcə təkərlər üzərində olan raketi xatırladır. Çox sürətli raket mühərriki ilə təchiz edilmiş maşın 40 saniyəyə 1.050 mil sürət yığa biləcək.

3 təkərli avtomobil

Bu 3 təkərli avtomobil 5 saniyə ərzində 60 mil sürət yığa bilir.

Ultimate Aero EV

‘Ultimate Aero EV’ ən sürətli elektrik avtomobilidir. Avtomobil 335 kilometr/saat sürət yığa bilir. 100 kilometr/saat sürətə isə maşın cəmi 2.5 saniyəyə çatır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir