muharibe

Müharibə haqda 10 yalan film

Baxış sayı: 2. 479

İkinci Dünya Müharibəsi barədə həqiqətləri əks etdirməyən 10 maraqlı film açıqlanıb.  Həmin siyahını PublicPost hazırlayıb. Beləliklə, sözügedən filmləri təqdim edirik.

 

Böyük gəzinti

1966-cı ildə çəkilmiş komediyada Jerar Uri Lui de Füneslə rol alıb. Filmin süjetinə görə, fransızlar nasistlərdən gizlənən Britaniya bombardmançı ekipajına kömək edirlər.

Titanik ekranlara çıxanadək bu, Fransada ən uğurlu film hesab olunurdu. Lui de Fünesin filmlərinin həvəskarlarına bu komediya tövsiyə olunur: de Fünes nasist formasında fransız jandarmı kostyumunda olduğundan daha gülməli görünür.

Həyat gözəldir

1997-ci ildə lentə alınmış İtalya komediyası alman həbs düşərgəsi haqqlındadır.
Yəhudi ailəsi düşərgəyə göndərilir, ailə başçısı kiçik oğulunu inandırmağa çalışır ki, ətrafında baş verənlər sadəcə oyundur. Qəribə olsa da, film real hadisələrə əsaslandırılıb.

Berlinin məhvi

1949-cu ilə aid ikiseriyalı epopeyada Stalin ilahiləşdirilir. Filmdə Bibliyadan götürülmüş obrazlardan istifadə edilir: Stalin ağ paltarda səmadan enir, Stalin cənnət bağı yaradır, Stalin xalqa məxsus olur. Stalinin ölümündən sonra film ekranlardan yığışdırılır. Yalnız 1950-ci ildə 39 milyon nəfər filmə baxmağa müvəffəq olur.

Böyük diktator

1940-cı ildə çəkilən komediyada Çarli Çaplin Adenoid Xinkellə birgə rol alıb. Xinkel diktator rolunda çəkilib. Almanca “axsaq” mənasını bildirən Xinkel ehtiraslı nitqlərlə çıxış edir, Vaqnerin musiqi sədaları altında qlobusla qucaqlaşaraq rəqs edir.

Şərəfsizlər

Kventin Tarantinonun 2009-cu ilə aid filmi qəddar nasistlər və amansız partizan-yəhudilər haqqındadır. Partizan-yəhudilər nasistlərə zülm edirlər və Hitleri Paris kinoteatrında yandırırlar. Tarantino kino tarixində “Hitlerlə oldu?” sualına cavab verib – onu yəhudilər öldürdü.

Qapıdakı düşmən

Jan-Jak Annonun 2001-ci ildə lentə aldığı hərbi dramı hazırda avropanın ən dəyərli filmidir. 62-ci ordunun məşhur snayperi Vasili Zayçevin rolunda Cud Lou çəkilib.

Polk yoldaşları daxil olmaqla snayper Zayçevi hamı “Vasili” çağırır. Dramda sözləri 1977-ci ilə aid 1944-cü ilin SSRİ himni səslənir. Filmdə o qədər tarixi təhriflər olub ki, premyeradan sonra veteranlar filmin qadağan olunması üçün Dumaya müraciət edirlər. Lakin Duma veteranlara qulaq asmır.

Faterland

1969-cu ildə Almaniya fürerin 70-illik yubileyini qeyd etməyə hazırlaşır. Üçüncü reyx SSRİ-yə qalib gəlir, Dublindən tutmuş Urala qədər bütün Avropanı tutur və ABŞ-la birgə ən güclü dövlət olur. Polis Ksaver Març partiya aktivistlərinin sirli qətllərini araşdırır, amerika jurnalistilə təhlükəli sevgi macərası yaşayır. Mərasim barədə yazmağa gələn həmin jurnalistə məlum olur ki, evakuasiya olunmuş yəhudilər əslində şərqə göndərilməyiblər. Film 1994-cü ildə Robert Harrisin romanı əsasında ekranlaşdırılıb.

İndiana Cons və son səlib yürüşü

Film 1989-cu ildə rejissor Spilberq tərəfindən çəkilib. Arxeoloq İndiana Cons (Harrison Ford) haqqında film seriyasından üçüncüsüdür. Filmdə o, Müqəddəs Qraalya və öz atasının köməyi ilə tək başına Almaniyaya qalib gəlir.

Birinci qisasçı

Co Constonun 2011-ci ilə aid filmi Marvel komiksləri əsasında çəkilib. Filmdə super gücə malik qəhrəmanlar super düşmənləri – nasistlərə qarşı vuruşurlar və onlara super effektlərin köməyi ilə qalib gəlirlər.

İngilis xəstə

Müharibədən bəhs edən romantik dramdır. Kanadalı tibb bacısı tanınmaz şəkildə yanan pilota qulluq edir. Pilot müharibə barədə ona maraqlı şeylər danışır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir