alis-veris

Mükəmməl alış-veriş üçün 7 ipucu

Baxış sayı: 2. 016

Yaxşı seçilmiş qarderob qadınların əlində ciddi silahla yanaşı, həm də, gözəl əhval-ruhiyyə və qənaət edilmiş pul deməkdir. Qarderobunuz sarıdan həmişə gözəl əhvalda olmağınız və “cib”inizə etməyiniz üçün bu yazıda “Gencaile.az” Foxy.az-a istinadən sizinlə mükəmməl alış-verişin 7 püf nöqtəsini paylaşır.

Şopinq üçün alış-veriş mərkəzlərində daha az adamın olduğu vaxtı seçin     

Alış-veriş üçün uyğun vaxtı sadə prinsip əsasında seçin: AVM-lərdə daha az adam daha yaxşı nəticə deməkdir. Evdən çıxmamış rahatlıqla alış-veriş edə biləcəyiniz böyük online-resurslar da var ki, onlara da göz atın. Bu tip online-resurslardan asanlıqla çanta, ayaqqabı və çöl üst geyimi, aksessuar almaq mümkündür. Online alış-veriş zamanı həm vaxt, həm də rahatlıq qazanmış olarsınız.

Kütləvi bazarlarda pulunuzu sərf etməyin

Aydındır ki, alış-verişin vəziyyəti büdcəyə bağlıdır. Son pula kütləvi bazarda sintetik bir paltar almaq ideyası heç də yaxşı deyil. Hər hansı bir trendin adekvatı təmin edilə bilər. Elə bir parça seçib alın ki, onu istənilən tərzlə və istənilən aksessuarla istifadə etmək mümkün olsun.

Sintetik parçadan olan geyimləri almayın

Düşünməyin ki, təkcə ətək, şalvar, şort qeyri-təbii materiallardan hazırlanır, həm də, köynək, top kimi üst geyimləri də bu tip materiallardan hazırlana bilər. Bu baxımdan çox az istisnalar var.

Öz ölçünüzə uyğun olan şeyləri yoxlayın

Alış-verişə getdiyiniz zaman həmişə adekvatlı və ağlabatan şeylərə üstünlük verin. Siz fiquranızın güclü və zəif tərəflərini daha yaxşı bildiyiniz üçün daha sürətli və uyğun bir şeyləri seçməlisiniz. Məsələn, elə qadınlar var ki, alış-verişə başlayanda əvvəl onlara uyğun olmayan, daha çox gənc qızlar üçün nəzərdə tutulmuş geyimləri yoxlayırlar. Bu, vaxt və enerji itkisidir.

İnternet üzərindən alış-veriş

Yuxarı punktların birində qeyd etdiyimiz kimi evdən çıxmadan vaxtınıza, rahatlığınıza və enerjinizə qənaət etməklə də alış-veriş edə bilərsiniz. Əsas diqqət etməli olduğunuz şey seçdiyiniz məhsul üçün online alış-veriş resursları arasında geniş araşdırma aparıb, hansının daha uyğun olduğunu seçməkdir.

“Kim axtarırsa o tapır” prinsipini unutmayın

Mütləq hər bir mağazada uyğun nəsə tapa bilərsiniz. Əsas odur ki, yaxşısını axtarıb tapasınız. Keyfiyyətli bir t-shirt və qeydi-adi palto mükəmməl qarderobunuzu tamamlamaq üçün yetərli ola bilər.

Sevdiyiniz markaları seçin

Daha yaxşını əldə etmək üçün həmişə müşahidəçi olun. Hər markanın mütləq problemli parçası olur. Bu nüansa daha çox diqqət ayırın. Unutmayın ki, smart alış-veriş rahat alış-verişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir