is

Mükəmməlliliyin hiylələri: ondan necə qurtulmq olar?

Baxış sayı: 1. 279

“Dünyanı gözəlləşdirməyə can atan” insanları mükəmməlliyyətçi adlandırırlar. Onların sayəsində biz ətrafdakı gözəlliklərdən ( parklardan, bağlardan, incəsənət nümunələrindən ), bütünlükdə həyatımızdakı məmnunluqlardan zövq alırıq.

Mükəmməlliyyətçi biri hər şeyin ən ideal obrazını bilir və bütün gücü ilə həmişə onu həyata keçirməyə çalışır. Bəs bu düzgündürmü? Bəs əgər mükəmməllik maneçilik törədsə necə?

Mükəmməlliyyətçi birisinizmi? Və onun nə kimi çətinlikləri var? Bu suallara cavabı kiçik testlə müəyyən etmək olar.

 

Test: nə dərəcədə mükəmməlliyyətçisiniz

Nəyin bahasına olursa olsun məqsədə çatmaq

Yəqin ki bu hal sizə tanışdır. Bu, məqsədimiz bizim üçün ən vacib amilə çevriləndə belə düşünürük. O zaman ki, biz hansısa hədəfə çatmağı ( məsələn, vəzifədə yüksəlmə, kitab yazıb bitirmə və s.) o qədər çox istəyirik ki, öz ehtiyaclarımızdan, insanlarla münasibətlərdən və şəxsi rifahımızdan belə imtina edərək həmin hədəf üzərində çalışmağa hazır oluruq. Hədəfə çatmaq prosesi heç bir məna daşımır və hətta bəzən həmin proses çox yorucu və əzablı olur. Heç bir məmnunluq vermir! Fonda bir fikir dayanır: “Bu nə vaxt bitəcək?”

 

Dəyər, ancaq məhsuldarlıqla və effektivliklə müəyyən edilir

Yəqin ki, öz gününüzün və ya işinizin effektivliyini dəyərləndirmək istəyi sizə də tanışdır. Mükəmməlliyyətçi birisi üçün nəticə əldə etmək çox vacibdir və bu, ona görə, sıradan bir nəticə deyil, ən yaxşı nəticə olmalıdır!

Mükəmməlliyyətçi bir insanın daxilində, gördüyü işin uğuru ilə onun özünü dəyərləndirməsi arasında bir tarazlıq əlaməti olur. Təxminən belə bir məntiq ortaya çıxır: “Gördüyüm iş birbaşa nəyə qadir olduğumu əks etdirir. Bacarıqlarım isə bir insan kimi nə dəyərdə olduğumu göstərir. İşimi nə qədər mükəmməl görsəm, özümü də bir o qədər çox dəyərli hiss edəcəm”.

 

Tək bir mənfi detal qalan bütün müsbətləri heç edə bilər

Hərdən elə olur ki, gördüyümüz iş bizi çox qane edir və xoşuma gəlir, amma sonra üzə çıxan kiçik bir detal fikrimizi kəskin surətdə dəyişir. Məsələn, şəbəkədə bir ekspert postu yerləşdirmisiniz – çox çalışmısınız, çoxlu vaxt sərf etmisiniz, yaxşı təqdim etmisiniz. İnsanlar bu posta münasibət bildirməyə başlayırlar. Kimsə onu paylaşır, kimisə rəy yazır, biri təşəkkürünü bildirir. Və birdən onların arasında elə birisi olur ki, öz sərt tənqidini bildirərək sizin özünüzü yalnışlıqla ekspert hesab etdiyinizi qeyd edir.

Nə reaksiya verərdiniz? Mükəmməlliyyətçi,bundan sonra artıq dəqiqliklə öncəki bütün müsbət fikirləri və rəyləri artıq beynindən atmış olacaq.

Ağ-qara təfəkkür, tənqidə qarşı yüksək həssaslıq, uğurlarını dəyərsiz hesab etmək və nəticə əldə etmək uğrunda gərgin əmək – bu prosesin əsas mənfi nəticələri.

Yuxarıda sadalanan halları yaşayan insanlar belə demək olarsa, mükəmməllik sindromundan əziyyət çəkənlərdir və bu onların həyatında, işlərində onlara diskomfort yaşadır. Bunun qarşısını almaq və ondan yaxa qurtarmaq üçün variantlar, çıxış yolları düşünmək lazımdır.

 

Bəs nə kimi çıxış yolları mövcuddur?

Mükəmməlliyyətçi biri olduğunuzu qəbul etməlisiniz. Bu xəstəlik deyil, sadəcə özəl cəhətinizdir.

Tez-tez özünüzə xatırladın: “Reallıqda ideal və mükəmməl heçnə yoxdur”, “İdeal deyil, sadəcə kifayət qədər yaxşı olmaq bəs edər”, “Mən mükəmməl olmadan da dəyərli ola bilərəm”, “Təkcə nəticədən deyil, prosesdən də zövq ala bilərəm”.

Məqsədə doğru getdiyiniz yolda atılan kiçik addımları belə qeydə almağı və onları dəyərləndirməyi öyrənin. Bunu daha da asanlaşdırmaq üçün görülən tapşırıqlardan ibarət siyahı tutmaq olar. Amma burada siyahıdan çıxardıqlarınızın üstündən xətt çəkmədən, onları sadəcə kiçik bir işarə ilə qeyd edib özünüzə təriflər yağdırmalısınız.

Uğurlu nəticənin kriteriyalarını müəyyən edin, amma onların reallıqda keçərli olub-olmadığını yoxlayın.

Səhvlər edin və onların sayəsində öyrəndiklərinizi qeyd edin.

 

Mükəmməllik sizə əngəllər yaratsa da düşməniniz deyil, alətiniz ola bilər. Yəni onu idarə etmək öz əlinizdə ola bilər. Bunun üçün sadəcə onun sizdə var olduğunu qəbul, etiraf etməlisiniz və balanslı şəkildə ondan yararlanmağa çalışmalısınız. Hər dəfə özünüzü, işinizi və bütünlükdə ətrafınızı daha da təkmilləşdirmək istəyi yarananda özünüzlə həmsöhbət olmalı, “təlimlər”i özünüzə xatırlatmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir