“Mülayim Qeysəriyyə” əməliyyatının ana və uşağa hansı müsbət təsirləri var?

Baxış sayı: 1. 195

Ohayo Dövlət Universitetinin (The Ohio State University) tibb mərkəzində (Wexner Medical Center) səhiyyədə yenicə yer almış təşəbbüs həyata keçirilməyə başlamışdır. Bu təşəbbüsə “Mülayim Qeysəriyyə” əməliyyatı adı verilmişdir. Təşəbbüsün əsas məqsədi klassik qeysəriyyə əməliyyatını maksimal səviyyədə təbii doğuşa yaxınlaşdırmaqdır.

“Mülayim Qeysəriyyə” təşəbbüsünə qoşulmuş xəstəxanaların əksəriyyəti əməliyyat vaxtı şəffaf örtükdən istifadə edirlər ki, ana körpəsinin dünyaya gəldiyi məqamı ötürməsin.

Bu növ əməliyyat həyata keçirilərkən anaya körpəsi ilə dərhal bədən-bədənə təmasda olmağa və mümkün qədər dərhal əmizdirməyə şərait yaradılır.

Tibbə bədən-bədənə təmasın faydaları kifayət qədər uzun zamandır ki, məlumdur. Bu təmas ana-bala arasında dərhal yaradılarsa, körpələrdə stress hormonunun səviyyəsi aşağı düşər, bədənlərinin hərarətinin tənzimlənməsinə yardım olar, süd əmizdirmənin keyfiyyətini yüksəldər.

Bütün bunlardan qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gələn körpələrin də faydalanmasına şərait yaradılmalıdır. Hazırda bunu yarımçıq hamiləliklə əməliyyata girən analar üçün etmək mümkün deyil, lakin gələcəkdə mümkün olacaqdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir