aile

Münasibətinizə rəng qatacaq 5 məsləhət

Baxış sayı: 1. 927

Həftə sonu tətilə çıxın

Şəhərin gurultusunu, ev işlərini,  bütün problemlərinizi 2 günlük geridə qoyun. Baş başa keçirəcəyiniz bu həftə sonu münasibətinizə yeni hava gətirəcək.

Yeni məşğuliyyətlər tapın

Həm bərabər zaman keçirə biləcəyiniz, həm də birlikdə zövq ala biləcəyiniz məşğuliyyətlər tapın. Məsələn, tenis və ya velosiped sürmək kimi.

Baxımlı olun

Özünüzə zaman ayırın. Dostlarınızla alış-verişə çıxın, gözəllik salonlarına gedin, özünüz üçün bir masaj hədiyyə edin və qadın olduğunuzu unutmayın. Siz özünüzü gözəl və dinlənmiş hiss etdiyinizdə bunu qarşınızdakına da yaşadacaqsınız.

Ünsiyyət qurun

Ünsiyyətin əksik olduğu münasibətin davam etməsi çox imkansızdır. Həftədə ən az bir dəfə istər evinizdə, istərsə də restoranda ünsiyyət qura biləcəyiniz bir yemək yeyin. Evdəsinizsə televizorun və kompyuterin bağlı olmasına diqqət göstərin.

Sərbəst buraxın

Hər şeyi birlikdə etmək məcburiyyətində deyilsiniz. Siz öz dostlarınızla zaman keçirdiyiniz zaman onun da öz dostlarıyla bir axşam birlikdə olmasına şərait yaradın. Sürəkli birlikdə olmağınız bir birinizdən sıxılmanıza yola aça bilər. Həm də ayrı keçirdiyiniz zaman darıxma hissini təkrar oyadacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir