aile

Münasibətinizin “zəhərli” olduğunu göstərən 7 əlamət – “EVLİSƏN”

Baxış sayı: 375

Münasibətlərdə çətinliklərin olması normal bir haldır. Bütün münasibətlərdə çətinliklərə sinə gərmək lazım olur, amma münasibətdəki stres artıq qatlanılmayacaq həddə gəlibsə, buna toksik, yəni zəhərli münasibət adı vermək olar.

Araşdırmalara görə, bir pis evliliyin davam etdirilməsi stres səviyyəsini artıraraq, ürək-damar xəstəliklərinə səbəb olur. İnsanın enerjisini yox edən belə münasibətlər olduqca zərərlidir. “Gencaile.az” saytının “Evlisən” rubrikasında münasibətinizin zəhərli olduğunu göstərən 7 əlamət haqda danışacağıq. Əgər sizin də münasibətinizdə aşağıdakı simptomlar varsa, oradan qaçaraq uzaqlaşın!

 

1) Passiv-aqressiv davranışlar

Bir şeylərin yanlış olduğunu hiss edirsiniz, amma partnyorunuza “nə baş verir?” sualını verdikdən sonra “heç nə” cavabını alırsınız. Bu suallardan sonra partnyorunuz sizə soyuq davranaraq sizi cəzalandırırsa, bu passiv-aqressiv davranışlardır. Bunu ən böyük problemi isə bizə səbəblərin təqdim edilməməsidir. Tam olaraq nəyin yanlış olduğunu bilmədiyiniz üçün də həll yolu tapa bilmirsiniz.

 

2) Həddindən artıq eniş-çıxışlar

Eniş-çıxışarın uc nöqtələrdə olduğu münasibətlər, əsasən toksik münasibətlər sayılır. Zəhərli olmasının səbəbi isə partyorunuzun nə vaxt əsəbi, nə vaxt sakit olduğunu bilməməyinizdir.

Qeyri-müəyyənliklər, insan da daxil olmaqla, bütün canlıların stres qaynağıdır. Aparılan araşdırmaya görə nə vaxt nə baş verəcəyini bilməmək, stres hormonlarının artmasına səbəb olur. Bütün münasibətlərdə anlaşmazlıqlar ola bilər, amma bu, davamlı bir hal alıbsa, normal demək deyil.

aile

3) Zarafatlarla lağ etmək

Partnyorunuz sizə hardasa lağ edəcək şəkildə söz deyir. Sonra da bunun zarafat olduğunu vurğulayır və ciddi qəbul etməməyinizi gözləyirsə, ortada bir problem var, deməli. Duyğusal basqı yaradan bu insanlar ortada problem yoxmuş kimi davranıb, sizin böyütdüyünüzü iddia edərək, özünüzdən şübhə duymağınıza səbəb olurlar.

 

4) Hər an tətikdə olmaq

Əgər davamlı olaraq əndişə içində hansı hadisənin mübahisə mövzusu olacağını düşünürsünüzsə, bu ciddi bir problemdir. Partnyorunuzdan bir çox şeyi gizlətmək məcburiyyətdində qaldığınız və birlikdə keçirdiyiniz vaxtlar artıq dözülməz olubsa, toksik münasibətdəsiniz.

Sağlam münasibətlər uğurlu əlaqə üzərində qurulur. Əgər dayanmadan əndişə və tədirgin olursunuzsa, təhlükə sinqalları işə düşüb…

 

5) İcazə almaq gərəyi hiss etmək

Normal münasibətlərdə tərəflərin bir-birlərindən icazə almaqlarına gərək yoxdur. Çünki hər iki yetişkin insan da məntiqli hərəkət edəcək düşüncəyə sahib olurlar. Təbii ki, hər münasibətdə hər iki tərəfin də xoşbəxt olması üçün ortaq bir yol tapmaq lazımdır. Amma ən xırda bir mövzuda belə icazə almaq məcburiyyəti hiss edirsinizsə, toksik münasibətdir bu.

 

6) Yorulmaq

Qarşınızdakı insanın dayanmadan dəyişən ruh halına uyğunlaşmağa çalışmaq həqiqətən çox yorucu ola bilər. Aylar, hətta illərlə belə yaşamaq insanı yorur. Sağlam münasibətdə hər iki tərəf də rahat hiss etməlidir. Toksik münasibətdə isə yaxşı günlərin sayı getdikcə azalır.

AILE

7) İzolyasiya olmaq

Yorğun hiss etməyinizin səbəb olduğu vəziyyətlərdən biri də, ailə və dostlarınız da daxil olmaqla sevdiyiniz insanlara vaxt ayırmamağınızdır. Partnyorunuz sizi sevdiyiniz insanlarla vaxt keçirməkdən qəsdən məhrum edirsə, həyatınızda təkcə ona maraq göstərməyinizi istəyirsə, bu zərərli münasibətin əlamətidir. Digər tərəfdən, münasibətdə kifayət qədər yorulduğunuz üçün istəsəniz belə digər sevdiyiniz insanlara vaxt ayıra bilmirsiniz.

 

Zəhərli münasibətdən qurtulmağın ən birinci yolu, münasibətin həqiqtən də zəhərli olduğunu təsbit edib, sonra onu qəbul etməkdir. Duyğularınızı kənara buraxaraq obyektiv fikirləşməyə çalışın və vəziyyətinizi dəyərləndirin. Unutmayın, özünüzün yaxşılığı partnyorunuzunkundan daha önəmlidir. Özünüzə dəyər verin və bu mövzuda nə lazımdırsa, onu da edin.

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir