sevgi

Münasibətlərdə edilən bu 6 səhvi təkrarlamayın

Baxış sayı: 1. 373

Əylənməyi unutmayın

Həyat çox çətindir və siz öz gərgin iş qrafikinizə görə sevdiyinizə vaxt ayıra bilmirsiniz. Ancaq birlikdə əylənmək üçün  mütləq vaxt ayırmağa çalışın. Çünki münasibətləri əyləncəli anlar və zarafatlar gücləndirir.

 

 

Kiçik jestlər etməklə həyatınıza rəng qatın

Bəzən insanların sevgisinin və sizə olan marağının daimi olduğunu düşünürsünüz. Münasibətlərinizə laqeyd yanaşmayın. Bacardığınız qədər sevginizi göstərin. Bunun üçün Sevgililər günü və ya hər hansı bir önəmli günü gözləməyin. Kiçik jestlərlə də öz sevginizə verdiyiniz dəyəri göstərə bilərsiniz

Sevdiyiniz insanı gözardı etməyin

Əsəbləşdiyiniz zaman sevdiyinizi gözardı etməyin. İnsanların fikir oxumaq kimi bir qabiliyyətləri olsaydı münasibətlər öz axarında davam edərdi. Belə bir şey olmadığına görə əsəbləşdiyiniz zaman susaraq deyil, probleminizi danışaraq həll etməyə çalışın. Susaraq bir-birinizdən uzaqlaşmaq yerinə, danışaraq həll etdiyiniz problemlər münasibətinizi daha da gücləndirəcək.

Dediklərinizə diqqət edin

Hirsiniz, istəmədən bəzi sözlər deməyinizə səbəb ola bilər. Mübahisə zamanı etdiyiniz  “Ayrılıq” təhdidləri münasibətinizə ancaq ziyan vuracaq və aranızda soyuqluq yaranacaq. Ona görə də əsəbləşdiyiniz zaman 10-a qədər sayın. Bəs etmədisə 100-ə qədər sayın, hətta dilinizi dişləyin. Çünki güvən olmayan bir münasibət uzunömürlü ola bilməz.

Münasibətlərinizi başqasıyla müqayisə etməyin

Dostlarınızın və ya ətrafınızdakıların münasibəti çox romantik və ya problemsiz görünə bilər. Sosial şəbəkələrdə mükəmməl, olaraq təqdim olunan  münasibətlər əslində göründüyü kimi olmaya da bilər. Çünki iki insanın arasında olanları onlardan başqa hec kim bilməz. Siz də öz münasibətlərinizi başqaları ilə müqayisə etməyin. Çünki gördükləriniz hər zaman dogru deyil.

Tənbəlliyi aradan qaldırın

Bal ayi mərhələsi keçdikdən sonra münasibətlərdə bağlılıq və maraq nisbətən azalmağa başlayır. Ümumiyyətlə, münasibətlərinizə ziyan vuran önəmli faktorlardan biri də tənbəllikdir. Çünki qayğı, diqqət görmək istəyi insanın yaradılışında var. Sevginizin xətrinə tənbəllikdən uzaq durun. Sevdiyinizi qucaqlayın, öpün. Kiçik jestlərlə böyük fərq yaradın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir