sevgi

Münasibətlərinizi canlı tutmağın 6 yolu

Baxış sayı: 217

Aşiq olduğunuz zaman hər şey əla görünür. Buludların üstündəymiş kimi hiss edirsiniz, problemləri görmür ya da görməzdən gəlirsiniz. Qarşınızdakının özünəməxsus hərəkətlərindən çox təsirlənir, heç dəyişməməsini istəyirsiniz. Ancaq bir az vaxt keçdikdən sonra sanki gözlərinizdəki pərdə qalxır və real həyata dönürsünüz. Balaca mübahisələr böyük davalara çevrildikdə özünüzü içindən çıxılmaz bir vəziyyətdə tapır və bir anda çıxıb getməyin həm çətin, həm də səhv olduğunu başa düşürsünüz. Buna görə də münasibətlərinizi və eşqinizi canlı tutmağa çalışmalısınız. Biz sizə bu barədə bir neçə tövsiyə vermişik. Bunlara əməl etməklə münasibətlərinizi canlı tuta və daha uzun müddətli olmasına şərait yarada bilərsiniz.

1. Münasibətiniz hər şeydən öndə olsun

Münasibət irəlilədikcə fərqində olmadan sevgilinizə qarşı marağınız azalır və onu daha arxa plana atdığınızı görürsünüz. İlk tanış olduğunuz vaxtlarda onunla görüşmək üçün hər fürsəti dəyərləndirirdinizsə, vaxt keçdikcə işdən yorğun çıxdığınız üçün tək istəyiniz bir an əvvəl evə gedib dincəlmək olur. Hətta bəzən elə olur ki, gün ərzində onunla demək olar ki, danışmadığınızı da müşahidə edirsiniz. Bəzən də ona ayırdığınız vaxtı uşaqlarınız və ya dostlarınızla keçirdiyiniz vaxtla dəyişirsiniz. Lakin münasibətinizdə çox balaca bir tərslik olduqda bu, bütün həyatınıza yansıyır. Buna görə də münasibətiniz yaxşı və qaydasında gedərsə, həyatınız da yaxşı olacaq deməkdir. Həyatınızı sadəcə münasibətiniz üzərində qurun demirik, ancaq sevdiyinizi əsla ikinci plana atmayın.

2. Ən yaxın dostu olun

Kişilərin qadınlara görə daha az danışdıqlarını hamımız bilirik. Ancaq bir problemlərindən bəhs etdikləri zaman onları diqqətlə dinləyin. Davamlı olaraq “haqlısan” demək əvəzinə probleminə həll tapmağa çalışın. Beləliklə, onun sadəcə sevgilisi deyil, eyni zamanda ən yaxın dostu olun.

3. Sevginizi bildirməkdən çəkinməyin

Qadınların sevgi etiraflarını xoşladığı qədər kişilər də sevginizi bildirməyinizi xoşlayırlar. Yorğun keçən bir günün sonunda onu sevdiyinizi deməklə onun bütün yorğunluğunu çıxartmasına kömək olarsınız. Həmçinin, onun sevdiyi bir yeməyi bişirə bilər və ya şirniyyat hazırlaya bilərsiniz. Sevginizi göstərməyə davam elədiyiniz müddətdə onun da sizi sevdiyini daha çox hiss edəcək və görəcəksiniz.

4. Fərqli həyatlarınız da olsun

Onu çox sevdiyiniz üçün onunla daha çox vaxt keçirmək istəyə bilərsiniz. Ancaq belə bir söz var “çox məhəbbət tez ayrılıq gətirir”. Paylaşmaq gözəldir, lakin hər şeyi bərabər etməlisiniz deyə bir qayda da yoxdur. Sevgiliniz və ya həyat yoldaşınız dostlarıyla vaxt keçirmək, çayxanada oturmaq və ya futbola getmək istədikdə razılıq verin. Həmçinin siz də vaxtınızı öz dostlarınızla keçirin, idmana və ya yoqa dərsinə gedin. Beləliklə, danışacaq mövzunuz da çox olacaqdır.

5. Birlikdə vaxt keçirin

Birlikdə eləməyi xoşladığınız fəaliyyət növlərindən əl çəkməyin. Münasibətiniz irəlilədikcə bunları sonlandırmaq yerinə münasibətinizi canlı tutmaq üçün ortaq zövqlərinizi həyata keçirməyə davam edin. Ancaq bunu da normasında eləmək lazımdır.

6. Sürprizlər edin

Hər zaman qadınların balaca hədiyyələri, kiçik sürprizləri xoşladığı bilinir. Ancaq qadınlar qədər kişilər də sürprizləri və hədiyyələri sevir. Həmçinin, bunun üçün xüsusi bir günün olmasına ehtiyac yoxdur. Özünüzə paltar almağa getdiyiniz zaman onun üçün də nəsə alın. Bu, onu nə qədər çox düşündüyünüzü, həmişə yadınızda olduğunu göstərir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir