sevgi

Münasibət qurmaq istəyən cütlüklər hansı sualları soruşmalıdır?

Baxış sayı: 1. 778

Dünya boyu onlayn tanışlıq saytları bu mövzuya həsr edilmiş şou və tv proqramları cütlüklərin bir araya gəlməsini asanlaşdırıb.

Lakin mütəxəssislər tövsiyə edir ki, münasibətlər qurmazdan öncə cütlüklər müəyyən sualları aydınlaşdırmağa çalışmalıdırlar, BBC News saytında dərc edilən Shamaan Freeman-Powell-in icmalında deyilir.

Aşağıdakı suallar nikah məsələləri üzrə tanınmış hüquqşünas Baroness Shackleton və Exeter Universiteti tədqiqatçılarının araşdırmasına əsaslanır. Tədqiqatçılar son 10 ildir ki, münasibətlərdə olan və yaxud da bu müddət ərzində ayrılan 43 cütlükdən müsahibə alıb.

Araşdırmada həmçinin son 15 ildir ki, münasibətdə olan ənənəvi və eynicinlsi cütlüklər də iştirak edib.

 

Bir-birinizə uyğun gəlirsinizmi?

Siz uyğun gəlirsinimi? Bir sorğuya görə, xoşbəxt cütlüklərin əksəriyyəti yaxın münasibətlərin inkişafından öncə dost olublar.

Exeter Universitetindən professor Jan Ewing də daxil, tədqiqatçılar hesab edirlər ki, cütlüklər ilk öncə yaxşı dost olub-olmadığını soruşmalıdırlar.

Dostluq zəminində qurulan əlaqələr yaxınların itkisi və zina kimi ağrılı həyat sınaqlarından keçməyə kömək edə bilər.

 

Gözləntiləriniz realdırmı?

Alimlərə əsasən, xoşbəxt cütlüklərin nikah və münasibətlərlə bağlı gözləntiləri realistikdir.

Onlar yolun maneəsiz olmayacağını dərk edərək, kömək üçün mütəxəssislərə müraciət etməyə, əlaqələrin yaxşılaşdırılması üzərində işləməyə hazırdırlar.

 

Onlar bir-birlərinin yaxşı tərəflərini görə bilirmi?

Ekspertlər hesab edirlər ki, mərhəmət əlaqələrdə başlıca keyfiyyətdir və deyirlər ki, ona əsaslanan münasibətlərin qurulmasına çoxlu vaxt sərf olunmasına baxmayaraq, bu baş tutarsa, cütlüklər bir-birlərində yaxşı tərəfləri görməyə daha meylli olur və ehtiyac yaranarsa, qarşılıqlı güzəştə gedirlər.

 

İkimiz də əlaqələri canlı saxlamaq üzərində işləyirikmi?

Xoşbəxt əlaqələrdə olan cütlüklər adət edilmiş şəkildə qayğıkeşlik nümayiş etdirirlər, partnyorlarına dəyər verdiyini göstərirlər.

 

Müzakirə edib məsələ qaldıra bilirikmi?

Gününüz barədə bölüşməyə vaxt tapıb, mühüm məsələləri müzakirə etmək çiçəklənən əlaqələr üçün böyük əhəmiyyətə malikdir.

Çünki bu təmas yaxınlığı möhkəmləndirir.

 

Çətin dövrlərdən keçməyə qərarlıyıqmı?

Xoşbəxt münasibətlər üçün cütlüklərin dəyişikliyə uyğunlaşması mühümdür.

Birgə çətinlikdən keçən cütlüklər əlaqələrin möhkəmləndiyini deyirlər.

 

Çətin dövrlərdən keçmək üçün birləşəcəyikmi?

Araşdırıcılar aşkar edib ki, həyatın təzyiqi, zina, kədər, maddi sıxıntılar, valideyn olmaqdan irəli gələn çətinliklərə qarşı tab gətirmək üçün yaxşı əlaqələr həlledici əhəmiyyətə malikdir.

 

Ətrafınızda hər ikinizi dəstəkləyən insanlar varmı?

Biz istəyirik ki, əlaqədə olduğumuz şəxs ailə və yaxınlarımızın da xoşuna gəlsin.

Alimlər hesab edir ki, ailə və dostların əhatəsində olan cütlüklərin həyatı daha dolğun olur.

Xüsusilə də qadınlar, ana, bacı və yaxud da dostlarından əhəmiyyətli dəstək alırlar.

 

“Milli.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir