sevgi-ayriliq

Münasibətinizdəki problemi necə həll etməli?

Baxış sayı: 1. 840

Özünüz üçün mükəmməl partnyor axtararkən fəxr edə biləcəyiniz, cazibədar və həyəcan verən insan olmasını istəyərik. Hətta bəlkə də bu list daha da uzana bilər. Əgər hələ də bilmirsinizsə, işin əsli belədir. Mükəmməl partnyor üzvündə axtardığınız xüsusiyyətlər əslində özümüzdə gördüyümüz və ya görmək istədiyimiz xüsusiyyətləri əks elətdirir. Bizi olmaq istədiyimiz insana təşviq edən super şüaltı oyunudur. Lakin seçdiyiniz insan yaxşı xüsusiyyətlərə sahib olduğu qədər pislərə də sahibdir.

AILE

Bir-birinizi müqayisə edin və ayırın

Bənzər xüsusiyyətləriniz nələrdir?  Fərqlilikləriniz nələrdir? Bunu etdiyinizdə mənfi xüsusiyyətlərinizi böyütməyi dayandıracaqsınız, eyni zamanda özünüzdəki müsbət xüsusiyyətlərdən xəbərdar olacaqsınız. Bu da sizin özünüzü daha çox sevməyinizə gətirib çıxaracaqdır.

AILE

Problemin kökündə yatan səbəbi tapın

Partnyorunuz sizə zərər verən və ya sizi əsəbləşdirən bir şey etmişsə, bunu niyə etdiyinə dair səbəbləri tapmağa çalışın. Özünüzün ona heç vaxt bu şəkildə zərər verməyəcəyinizi düşünə bilərsiniz. Məsələn, bir münasibət içindəsiniz və birlikdə olduğunuz insan size aldadır. Düşünürsünüz ki, “Bunu necə edə bilər? Mən onu aldatmaram.” Bu düzgün analiz deyil. Daha da dərin düşünərək sizi niyə aldatdığını düşünməlisiniz. Bunu etməsinə səbəb özgüvəni, psixologiyası, təməlindən əskik olan bir şey, uşaqlığından gələn bir problem ola bilərmi? Bu insan hər şeydən əvvəl özünü sevirmi? Siz özünüzü sevirmisiniz? Bu zərər verici münasibət içində olma səbəbiniz bu ola bilərmi? Bu şəkildə özünüzdəki neqativ baxış bucağını dəyişdirərək problem həll edə bilərsiniz. Qarşılıq olaraq, partnyorunuz da sizinlə bağlantısını kəsməmək üçün size izləyəcəkdir. Bir şeyləri dəyişmək istəyirsinizsə, əvvəlcə özünüzdən yola çıxmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir