rahibe

“Müqəddəs ruh”un diktə etdiyi 9 MANATLIQ müalicə

Baxış sayı: 1. 226

Mədə-bağırsaq, ürək qan-damar xəstəlikləri zamanı istifadə olunan reseptlərdən biri də monastr reseptidir.

Alman rahibə Gildeqard Bingenin yaratdığı monastr reseptinin 1 era yaşı var.

Bu qadın “təbii müalicənin himayədarı” kimi müqəddəslər siyahısına düşüb.

Gildeqard bacı 1179-cu ildə 82 yaşında vəfat edib və özündən sonra çoxlu reseptlər qoyub.

O iddia edirdi ki, bütün dərman reseptləri ona “göylərdən diktə olunub”. Rahibə də öncəgörmələr vasitəsilə ona deyilən sirləri insanlara çatdırmağı özünə borc bilib.

Təqdim edəcəyimiz 1000 il yaşı olan resept mədə-bağırsaq, ürək-qan damar xəstəlikləri, ümumi zəiflik üçün effektlidir.

Resept:

Təzə cəfəri – 10 sap (10 qəp)

Ağ şərab – 1 litr (3 manat (yerli şərabın qiyməti))

Alma sirkəsi – 2 xörək qaşığı

Təbii bal – 200 qr. (6 manat)

Hazırlanması: 

Qazana şərab və sirkə əlavə olunur, bura cəfəri elə bütöv halda qatılır. Qaynayana kimi gözləyib, sonra zəif odda daha 10 dəqiqə saxlanılır.

Oddan götürüb, 45 dərəcəyə kimi soyudub, məhz bu temperatura çatandan sonra bal əlavə olunmalıdır. Qarışım taxta qaşıqla yaxşıca qarışdırılıb, süzülür və sterilizə olunmuş şüşə bankaya yığılıb, qapağı bağlanır.

Qaranlıq yerdə saxlanılır. Bu dərmandan gündə bir xörək qaşığı qəbul edin.

Ağır xəstəlikləriniz varsa, həkiminizlə məsləhətləşib, bir təhlükə olmazsa reseptdən faydalanın.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir