muselman

Müsəlmanların bəşəriyyətə verdiyi MÜHÜM TÖHFƏLƏR – FOTOLAR

Baxış sayı: 2. 135

Müsəlman alimləri bir çоx ixtira və kəşfləri avrоpalılardan yüz il əvvəl edib. Avrоpada cəhalət hökm sürdüyü, alimlərin öldürüldüyü və yandırıldığı inkvizisiya dövrlərində müsəlman alimləri elmi axtarışları ilə bəşəriyyətə böyük töhfələr verib.

“Gencaile.az” Publika.az-a istinadən İslam dünyasının bəşəriyyətə verdiyi töhfələrin siyahısını təqdim edir:

1. Qəhvə

 

Bir əfsanəyə görə, cənubi Efiopiyada yaşayan Xalid adlı ərəb qoyunlarının müəyyən giləmeyvəni yedikdən sonra heyvanların enerjili olduğunu müşahidə edib. Bunu görən Xalid onları toplayıb qəhvə bişirib.

Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilir və Yəmənin cənub qərb hissəsində becərilir. 15-ci əsrdə onu Məkkə və Türkiyəyə ixrac edirlər, 1645-ci ildə isə Venesiyaya aparılır. 1650-ci ildə Paskua Rosi adlı türk Londonun Lombard küçəsində ilk qəhvəxana açıb. Hazırda isə dünyanın 50-dən çox ölkəsində qəhvə bitkisi növləri becərilir.

Ərəblər qəhvəyə “qahwa”, türklər “kahve”, italyanlar “caff” deyirdi. İngilislərin və ruslar isə qəhvəyə “kofe” deyir.

2. Kamera

Qədim yunanlar belə hesab edirdilər ki, gözlər işıq buraxır və insanlar bunun sayəsində görür. İşığın gözə daxil olması barədə ilk məlumatları 10-cu əsrdə yaşamış müsəlman riyaziyyatçısı, astronom və fizik İbn əl-Haytam verib. O, işığın pəncərə dəliklərindən düşməsi zamanı müşahidə edib ki, deşik nə qədər balacadırsa, görüntü bir o qədər aydın görünür. Və beləcə ilk kameranı ixtira edib. Əl-Haytamı bəzən “optikanın atası” da adlandırırlar.

3. Şahmat

 

Qədim hindlilər də şahmat oynayırdılar, lakin onların oyunu şahmatdan xeyli fərqlənirdi. Şahmatın müasir variantı İranda yaranıb, oradan Avropaya və qərbə yayılıb.

4. Paraşüt

Rayt qardaşlarından min il əvvəl uçan aparat yaratmaq ideyası müsəlman şair, astronom və mühəndis Abbas ibn Firnasın ağlına gəlib. O, 852-ci ildə məscidin damından kənarlarına taxta parçalar bərkidilmiş, sərbəst yellənən plaş ilə yerə tullanıb. Firnas ümid edirdi ki, bu apart ona quş kimi uçmağa imkan verəcək, amma onda alınmadı. Plaş yavaş-yavaş yerə endi, alim yüngül qorxu və xırda zədələrlə canını qurtara bilmişdi.

Lakin Firnas dayanmaq fikrində deyildi. O, 70 yaşında öz aparatını təkmilləşdirərək ikinci dəfə dağdan enməyə cəhd edir. Alim bu dəfə havada yalnız 10 dəqiqə qala bilmişdi, amma yerə enərkən yenə də qəzaya uğramışdı.  Məsələ ondadır ki, o, öz aparatının quyruğunu tikməmişdi.

5. Sabun və şampun

Təmiz qalmaq və hər gün çimmək müsəlmanların adətlərindən biridir. Ola bilsin ki, məhz buna görə də müsəlmanlar sabun reseptini təkminləşdirərək onun keyfiyyətini yaxşılaşdırır.

Məlumdur ki, qədim misirlilər və romalılar da sabundan faydalanıb.  Lakin məhz ərəblər onun tərkibinə bir çox bitki yağları, natrium və aromatik birləşmələr əlavə edib. İlk şampun isə 1759-ci ildə İngiltərədə satışa çıxarılıb. Brayton şəhərində bir müsəlmanın hamamın açması da həmin ilə təsadüf edir.

6. Müasir kimya

Cabir ibn Hayyan əlkimyanı kimyaya çevirən alimdir. IX əsrdə o, indiyədək müasir elmdə istifadə edilən kəşfləri edib: Distillə, kristallaşma, ərimə, oksidləşmə, buxarlandırma və süzülmə. Hayyan kükürd və azot turşularını kəşf edib, dünyada ətriyyat istehsalında istifadə olunan distillə aparatını yaradıb.

7. Dirsəkli val, kodlu açar

Dirsəkli valı müsəlman mühəndis əl-Cəzari ixtira edib. Ən mühüm ixtiralardan biri olan mexanika indiyədək müasir maşının əsas biri hissələrindən kimi istifadə olunur. Kodlu qıfıl da onun ixtirasıdır, həmçinin ilk mexaniki saatları da o, hazırlayıb. Bu və digər ixtiralarına görə əl-Cəzarini robot texnikanın atası hesab etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir