pomidor

Mütamadi qəbul etdiyimiz zəhərli qidalar

Baxış sayı: 1. 789

Heç vaxt ağlımıza gəlməz ki, bu qidalar zəhərli ola bilər. Axı hər yerdə onların faydaları haqda oxuyuruq. Düşünürük ki, onlardan xeyirli şeylər ola bilməz. Bəzi hallarda insanlar tamamilə zərərsiz hesab etdiyimiz qidadan ölürlər.

Beləliklə, ağlagəlməz zəhərli qidalar haqda məlumatı təqdim edirik.

Badam

Çoxları hesab edirlər ki, badam çərəzdir. Ancaq bu sadəcə quru toxumdur. Desertlərin hazırlanması üçün tez-tez istifadə edilir. Heç kim bilmir ki, bu qidanın tərkibində zəhərli sianid maddəsi var. Bu səbəbdən də emal edilməmiş badamın qəbul edilməsi təhlükəlidir.

Keşyu

Keşyu da çərəz deyil, toxumdur. Bu qidaları satışa çıxarmazdan öncə buxarla emal edirlər. Tərkibindəki allergik reaksiyalara səbəb ola biləcək uruoşil maddəsinin zərərsizləşdirilməsi üçün bu vacibdir.

Bu maddə dərinin qıcıqlanmasına səbəb ola bilər.

Albalı. Albalı çubuğu

Bir çox meyvələrin, o cümlədən albalının çöpündə sianid maddəsi var. Bu səbəbdən də albalı çöpünü seynəmək çox təhlükəlidir. Az miqdarda çöp ziyan vurmaz, ancaq albalı çöpü çeynəməyi vərdiş halına salmaq olduqca təhlükəlidir. Əgər baş ağrısı, baş gicəllənməsi və ürəkbulanma kimi simptomlarla qarşılaşmaq istəmirsinizsə, bu vərdişi tərgidin.

Quşqonmaz 

Quşqonmazın toxumu da çox zəhərlidir. Qədim zamanlardan bu giləmeyvə tək qida məhsulu kimi deyil, həm də dərman kimi istifadə edilib.

Pomidor. Yaşıl pomidor 

Dünyanın çox hissəsində pomidoru tərəvəz hesab edirlər. Bir qisim ölkələrdə isə onu giləmeyvə və ya meyvə sayırlar.

Pomidor yarpaqlarında qlikoalkaloid kimi zəhərli maddə var. Həmin maddə nevroz, baş ağrısı və qarın boşluğundakı nasazlığa səbəb ola bilər.

Muskat cevizi 

Muskat cevizinin tərkibinə miristisin kimi psixoaktiv maddə daxildir. Bu maddə ürəkbulanma, baş gicəllənməsi və hətta hallüsinasiyaya səbəb ola bilər. Xoşbəxtlikdən, bu çərəz yeməklərin hazırlanması zamanı çox az miqdarda istifadə edilir.

Göbələk 

Göbələklər yeməli və zəhərli növlərə bölünür. Bəzi ölkələrdə hətta zəhərli göbələklər də delikates sayılır. Çoxları göbələyin zəhərli olub-olmadığını müəyyənləşdirmək üçün qabığına baxırlar. Bu isə yalnış metoddur və acınacaqlı nəticələrə gətirib çıxara bilər. Zəhərli göbələk öz təsirini 8-12 saat ərzində göstərə bilər.

Şokolad 

Heç kim şokoladı zəhərli hesab etmir. Ancaq bu qidanın tərkibindəki teobromin maddəsi it və pişik kimi ev heyvanları üçün ölümcüldür. Bu səbəbdən də ev heyvanlarını şokoladla “sevindirməyin”.

Almanın tumu 

Bəzi adamlar almanı tumlu yeməyi xoşlayırlar. Ancaq bilmirlər ki, tumların tərkibində təhlükəli sionid maddəsi var. Bir neçə tumla heç nə olmaz, ancaq bunu adət halına çevirmək ölümcül ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir