gozellik

Müxtəlif millətlərin gözəllik haqqında qəribə təsəvvürləri

Baxış sayı: 1. 428

Sirr deyil ki, müasir gözəllik etalonu keçmişlə müqayisədə xeyli dəyişib. Hər xalq gözəlliklə bağlı müxtəlif təsəvvürə malikdir. Məsələn, şərq ölkələrində dolu bədənli qızlar daha cəlbedici hesab olunursa, qərb ölkələrində əksinədir.

“Gencaile.az” bu yazıda müxtəlif millətlərin gözəlliklə bağlı qəribə təsəvvürlərini təqdim edir:

 

Papuaslarda qadınlar büstqalter taxmırlar. Bizdən fərqli olaraq, onlarda göbəyə qədər sallanan sinəli qadın ən seksual xanım hesab olunur.

Tuaregilər yalnız kök qadınlarla evlənirlər. Gözəl gəlinin ideal çəkisi 100 kq-dan, qarnındakı qatların sayı 12-dən az ola bilməz. Məhz bu tələblərə cavab verən qızlar ən sağlam və seksual sayılır.

Afrika tayfalarının bəzilərində əyriayaq gözəllik sayılır. Bundan başqa, bu tayfanın zərif nümayəndələri vizual olaraq uzun görünmək üçün saçlarını qırxır, qulaqlarına uzun sırğalar taxırlar.

Kenyada qadınlar qulaqlarında çoxlu deşiklər açırlar. Bu deşiklərdən gül, lələk və şokolad asırlar.

Myanmada qızlar xüsusi hazırlanmış boyunbağının sayəsində boyunlarını uzadırlar. Boyun uzandıqca boyunbağı daha uzunu ilə yenilənir. Beləcə, boyun təxminən 30 sm-ə qədər uzanmalıdır.

Efiopiyanın Suri tayfasının qızları gözəl görünmək üçün özünəməxsus bir yol seçiblər. Qəribə də olsa, Suri tayfasının qızlarının dodaqlarına lövhəcik taxması gözəllik simvolu hesab olunur. Suri tayfasının qızları yeniyetmə yaşa çatdıqda ənənəyə uyğun olaraq, aşağı dodaqda boşluğun yaranması üçün alt çənədən iki dişi çıxardılır. Gildən hazırlanmış disk ağız boşluğuna yerləşdirilir və tədricən böyüyən disk alt dodağı uzadır. Dodaq nə qədər böyük olsa, qızın atası onu ərə verərkən bir o qədər çox başlıq alır.

Namibiyanın şimalında yaşayan Himba xalqının qadınları gözəl görünmək üçün günə çox qəribə gözəllik ritualı ilə başlayırlar. Onlar bədənlərinə kül və piydən ibarət qarışıq çəkir. Bu çirkli qarışığı hətta hörülmüş saçlarına da sürtürlər. Onların inancına görə, bu qarışıq himba qadınlarını yalnız gözəl göstərmir, eləcə də dərini yandırıcı günəşdən qoruyur. Ona görə də bu qarışıqdan uşaqlar və kişilər də istifadə edirlər. Himba qızlarının yetkin olduğunu təsdiqləyən ayindən sonra onların alt çənələrində 4 dişi çıxarılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir