Heyvanlar

Nəsli tükənmək üzrə olan heyanlar – FOTOLAR

Baxış sayı: 1. 721

İnsanların təbiətə verdiyi zərər artıq geri dönüşü olmayan bir həddə çatıb. Bu zərərlər təbiətə xüsusi olaraq gözəllik qatan nadir heyvanların nəsillərinin tükənməsinə gətirib çıxarır.

Dünyaca məşhur olan və heyvanlar aləmini araşdıran fotoqraf Tim Flak nəsli kəsilməkdə olan heyvanları lentə alıb. Bunun olduqca çətin və səbr tələb edən bir iş olduğunu deyən fotoqraf işindən zövq aldığını deyir.

Tim Flakın heyvanlar haqqında kitabı da işıq üzü görüb. O, heyvanların yanlız özlərini deyil, yaşadıqları əraziləri, onların həyat tərzlərini də lentə alır.

Картинки по запросу saiga antilopa

Sayqa ceyranı

Sayqa ceyranı çox uzun zamandan bəri nəsli qorunub, saxlanılan heyvanlardandır. Hazırda bu ceyranların nəslinin qorxunc bir xəstəlikdən tükənmək üzrə olduğu ehtimal edilir. Əlavə olaraq bu ceyranları qanunsuz ovlayanlar da var ki, bu da onların tükənməsinə təkan verir.

Картинки по запросу tim flach endangered
Begemotlar

Begemotlar isə ətləri və dişlərinə görə daha çox ovlanır. Bu səbəbdən bu heyvanın da nəsli tükənmək üzrədir.

Картинки по запросу gefahr tim flach

Ağac qurbağaları

Sarı gözlü ağac qurbağaları iqlim dəyişkənliyindən əziyyət çəkir.  Bu qurbağaların yumurtaları istiyə tab gətirə bilmədiyi üçün bir çox hallarda qırılır.

Картинки по запросу мадагаскарская клювогрудая черепаха

Madaqaskar tısbağası

Görüntüləri ilə olduqca möhtəşəm bir mənzərə ortaya çıxaran bu tısbağalar hazırda qorunma altındadırlar. Lakin onlar artıq demək olar ki, çox az qalıb.

Картинки по запросу tim flach endangered

Çimdikburun meymunlar

Çimdikburun adı verilən bu meymunların 1962-ci ildə nəsillərinin tükəndiyi qənaətinə gəlmişdilər. Sonra yenidən ortaya çıxan bu meymunların hazırda sayları çox azdır.

Картинки по запросу tim flach endangered

Filippin qartalları

Bu qartalların nəslini artırmaq üçün hazırda hökumət tərəfindən xüsusi meşələr salınır. Əlavə olaraq bu qartalların ovlanmaması üçün tədbirlər görülür. Qeyd edək ki, Filippin qartalları digərlərindən fərqli olaraq, dağlarda və hündür yerlərdə yox, meşələrdə yaşayır.

Картинки по запросу tim flach

Ağ bəbir

Pişiklər fəsiləsinə aid olan ağ bəbirlərin də artıq dünyada demək olar ki, sayı azalıb. Daha çox Himalay dağlarının ətəyində yaşayan ağ bəbirlər də artıq nəsli tükənmək üzrə olan heyvanlardandır. Səbəb isə dağın ətəyindəki hava şəraitinin yavaş-yavaş istiləşməsidir. Bu səbəblə dişi ağ bəbirlər nəsil artıra bilmir. Onlar daha çox soyuq iqlimdə yaşamağa öyrəşiblər.

Картинки по запросу endangered tim flach

Beluga

Qara dəniz və Xəzər dənizində əvvəllər daha çox rast gəlinən 5 metrlik Beluga balıqları artıq demək olar ki, yox səviyyəsindədir. Bu balıq növlərinin kiçikləri isə böyümədən balıqçılar tərəfindən ovlanır və satılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir