is

Nəyə görə “pislər” karyera uğuru qazanır?

Baxış sayı: 1. 863

İsveçrə psixoloqlarının gəldiyi nəticəyə görə, narcissism və makiavellizm kimi şəxsiyyət keyfiyyətləri karyera artımına və professional uğura səbəb olur. Sözügedən psixoloqlar bu haqda iddialarını Social Psychological and Personality Science jurnalında nəşr etmişlər. Bern universitetinin alimləri özəl sektorda çalışan və karyeralarını yenicə başlamış (25-34 yaşlı şəxslər) 793 alman ilə araşdırma aparmışlar. Araşdırmada iştirak edən hər kəs xüsusi sorğu vərəqələrini cavablandırmışlar. Sorğuda yer alan “Hər kəsin diqqətini cəlb etməyə çalışmaq kimi bir xüsusiyyətim var” tipli cavab verənlər narcissism xüsusiyyətlərinə sahib olduqlarından xəbər vermişlər. Bu xüsusiyyət qürur, hökmranlıq, özünəvurğunluq və empatiyanın olmaması kimi cəhətlərlə müşayiət olunur. Makiavellizm isə özündə manipulyasiya, yalnız öz maraqlarına və yalana köklənmək kimi xüsusiyyətləri özündə birləşdirir. Psixopatiyanın əsas xüsusiyyətləri asosial davranış, impulsivlik, eqoizm, daşürəklilik və rəhmsizlikdir. Psixoloqlar bununla yanaşı, sorğuda iştirak edənlərin professional uğurlarını qiymətləndirməyə çalışmışlar.Onlar iştirakçıların əmək haqqısını və vəzifəsini də öyrənmiş, həmçinin öz karyeralarından nə qədər razı olduqlarını soruşmuşlar. Belə məlum olur ki, narcissism və makiavellizm professional uğur ilə əlaqədardır, lakin psixopatiya deyil. Alimlər belə iddia edirlər ki, yüksək əmək haqqı əldə edən şəxslərin əksəriyyəti narcissism xüsusiyyətlərinə sahibdirlər. “Makiavellistlər” isə daha çox rəhbər vəzifələr tutmuş və öz karyera səviyyələrindən daha çox razı olmuşlar. Psixoloqlar bunu onunla izah edirlər ki, karyera ambisiyaları makiavellizmin ayrılmaz hissəsidir.Narcissismə gəldikdə isə, bu xüsusiyyət müsahibələrdə yaxşı təəssürat yaratmaqğa və yaxşı iş əldə etməyə kömək edir. Lakin psixopatik xüsusiyyətlərə sahib olanlar o qədər də professional uğurlar əldə etmirlər. Belə görünür ki, onların aqressiv və anticəmiyyət davranışları karyera pilləsində inkişafa mane olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir