qadin

Nə üçün qadınlar tez-tez “banal” stresdən ölürlər?

Baxış sayı: 2. 035

Qadınlar kişilərdən daha çox “banal” stresdən ölür. Alimlər bunun səbəbini və stresdən xilas olmağın yollarını araşdırıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada 350 milyon insan depressiyadan əziyyət çəkir.

İli streslə bitirmək pis əlamət hesab edilir. Çünki köhnə ili necə bitirirsənsə, növbəti ili də elə qarşılayacaqsan.

Bu yazılmamış qanundan hər kəs xəbərdar olsa da, heç kim əməl etmir, xüsusən də qadınlar. 35 və daha yuxarı yaşlı qadınlar streslə həmdəm yaşayır desək, yanılmarıq.

Niyə məhz bu qrup risk altındadır?

Bunun sosial və tibbi izahı var. Lakin bunlar bir-birini tamamlayır.

Sosioloqlar səbəbi belə izah edir: Kişilər güclüdür, lakin problemlərin əsas yükü qadınların çiynindədir.

Sovet dövründə səhər tezdən uşağı bağçaya, ya da məktəbə aparan, sonra tələsik işə çatan, işdən sonra çörək, ardınca ət növbəsində dayanan, sonra aldıqlarını evə gətirən, yemək hazırlayan, uşaqların dərslərinə kömək edən qadınlar stresdən partlamağın bir addımlığında idi.

Bu gün həmin çörək növbələrin yerini supermarketlər əvəzləyib, kişilərin qadınlara münasibətləri daha normaldır, “feminizm və demokratiya” mühitində yaşamaları belə qadınların stressini azaltmayıb. Qadınlar yenə də stresdədir.

Səbəb sadədir. Çünki yenə də, problemlər qalıb. Sadəcə, bəziləri başqalarıyla əvəzlənib. Hələ də, problemlərin yükü qadınların çiynindədir.

Tibbin məsələyə yanaşması isə fərqlidir. Tibb elminin yanaşmasına görə, qadınlarda depsressiyanın səbəbi əsəblər və ürəkdə yüklənmədir.

Həkimlərin belə bir fikri var, yaşın qırxı keçibsə, təbiətlə mübahisə etməyəcəksən. Çünki bu yaşda sonra qadınlarda stress hormonu yüksəlir. Bu çatışmazlığın qarşısını almaq üçün “Vitamin B” məsləhət görülür.

Həmçinin 40 yaşdan sonra qadınlarda təklik dövrü başlayır. Kimi yarını tapmadığından, kimi də uğrusuz nikah səbəbindən tək qalır.

Nəticədə qadınların əsəb, ürək döyüntüsü, aritmiya, təzyiq kimi problemlərdən şikayətləri artır. Damarların daralması ürəyin yükünü artırır.

Buna görə də 35-50 yaşlı qadınlar stressli olmağa məhkumdur. Siz də bu qrupa daxil olub-olmadığınızı bilmək üçün testdən keçin.

– həyəcanlılıq,

– fikri dağınıqlığı,

– yaddaşın zəifləməsi,

– tez qıcıqlanma,

– ətrafdakılara qarşı yüksək tələbkarlıq

– tez-tez əhvalın dəyişməsi,

– dostlarla ünsiyyətdən qaçmaq

– çox yemək istəyi

– alkoqolun və siqaretlərin köməyi ilə gərginlikdən çıxmaq cəhdi

Sizdə sadaladığımız əlamətlərdən biri varsa, özünüzü qorumaq üçün ayıq-sayıq olun.

 

Stresdən xilas üçün 5 üsul

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkələrin 90%-də insanlar zaman-zaman stressin qurbanı olur. Stresin qurbanı olan qadınların sayı kişilərdən daha çoxdur. Səbəblər sırasında yüklənmə, problemlərin çoxluğu qədər qadınların yaşlanmaqdan qorxmaq problemi də ön sırada durur.

Stresin qurbanı olmaq istəməyənlər üçün bəzi təkliflərimiz də var:

1.Bədəninizi maqneziumla təmin edin. Maqnezium çatışmazlığı əsəb sisteminin və ürək ritminin pozulmasına səbəb olur.

2. Növbəti ehtiyac duyacağınız şey kaliumdur. Onun çatışmazlığı təzyiq problemləri, damarların elastikliyinin itməsinə səbəb olur.

3. Sizə lazım olan üçüncü təklif B vitaminidir. Onsuz əsəb sisteminizin işləməyi mümkün deyil.

4. B6 Vitamini və “Panangin” qarışığına ehtiyacınız ola bilər. Bu kombinasiya sizin ürəyinizi neqativ təsirlərdən qoruyacaq.

5. Sonuncu məsləhətimiz isə yoqa, tənəffüs şistmemi gimnastikasıdır. Bunlarla əsəb və ürək-damar sisteminizə müsbət dəstək ola bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir