Nermine Abbasova

Nərminə Abbasova: “Periferik arteriya xəstəliyi son dərəcə ağrılı olur və insanı zəiflədir”

Baxış sayı: 475

“Periferik arteriya xəstəliyi və ya damar tıxanması ağrılı xəstəlikdir. Bu, xolesterol və digər yağlar damarda yığılıb, oradakı qan axınının qarşısını alanda baş verir. Xəstəlik piylənmə, şəkər xəstəliyi və siqarət çəkməklə əlaqəlidir. Xəstəliyin ən effektiv müalicə yollarından biri isə hərəkət etməkdir”.

Bu sözləri periferik arteriya xəstəliyi ilə bağlı oxucularımızı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt Nərminə Abbasova  bildirib. Həkim qeyd edib ki, periferik arteriya xəstəliyində ayaqları qan ilə təmin edən damarlar tıxanır:

“Bu xəstəlikdən əziyyət çəkən insanlar yeriməkdə çətinlik çəkirlər. Onlar çox vaxt baldır əzələlərində ağrı, gərginlik, yanma hissi, yaxud da zəiflik hiss edirlər. Daha ciddi periferik arteriya xəstəliyindən əziyyət çəkən insanlar üçün yerimək çox faydalıdır”.

Terapevt bildirdi ki, periferik arteriya xəstəliyi son dərəcə ağrılı olur və insanı zəiflədir:

“Bir müddət əvvəl Birləşmiş Ştatlarda xəstəliyin əməliyyat yolu ilə müalicəsi illik 4 milyard dollara başa gəlirdi. Bu gün isə qaçış zolağının da əməliyyat kimi effektiv olduğu aşkar olunub. Bu, təsiri olan çox az sayda müalicə yollarından biridir və bu, pasientərin effektiv müalicəyə çıxışını artıracaq. Proqramdam faydalanan insanların həyatları dəyişə bilər. Bu proqramın sonunda pasiyebtə yeni həyat bəxş olunacaq. Yəni əvvəllər etdiyi şeyləri edə biləcək və özünü daha yaxşı hiss edəcək. Amma bunun üçün bir az əmək sərf etmək lazımdır. Yaxşı nəticələr əldə edə bilmək üçün bunu ürəkdən istəməlisən”.

 

Yaşam keyfiyyətini pozan bu xəstəlik zamanı yeriyərkən və xəstəliyin sonrakı mərhələlərində istirahət edərkən belə ayaqlarda ağrı və sancıların olduğunu deyən terapevtin fikrincə, xəstəlik anadangəlmə və ya sonradan yarana bilər. Onun sözlərinə görə, anadangəlmə olanlar digər bir damara açılması və ya balonlaşma, yəni anevrizma tərzində ola bilər:

“Qeyd etdiyim kimi, periferik arteriya xəstəliyi adətən arteriyalarda daralma və tıxanma ilə bağlı olaraq yaranan vaskulyar xəstəlikdir. Xəstəliyin ən önəmli səbəbi isə ateroskleroz, yəni damar sərtliyidir. Periferik arteriya xəstəliyinin ən nəzərəçarpan xüsusiyyətləri arasında ayaq və qollarda keyləşmə, gücdən düşmə, görmə və ya danışma qabiliyyətində müvəqqəti pozğunluq kimi əlamətlər yer alır. Bunlardan başqa insult, yeriyərkən ayaqlarda ağrı, ayaqlarda qapanmayan yaralar, ereksiya çətinliyi, yeməkdən sonra qarın bölgəsində ağrı, əl hərəkətləri ilə yaranan başgicəllənmələri, kürək və qarında ağrı əlamətləri də olur. Bütün bu sadaladıqlarım həkimə getmək üçün kifayət qədər xəbərdaredici əlamətlərdir”.

 

Nərminə xanım bildirdi ki, xəstəliyin ən əsas səbəbi aterosklerozdur, hansı ki, xalq arasında damar sərtliyi kimi tanınır. Həkimin sözlərinə görə, damar tıxanıqlığı şəkər xəstələrində tez-tez müşahidə edilir:

“Ayaq damarlarının tıxanıqlıqları dizaltı və dizüstü olaraq təsnifatlandırılır. Son illərdə bu xəstəliyin müalicəsi üçün balon və stendləmə cərrahiyyəsindən daha çox istifadə olunur. Dizaltı damar tıxanıqları xüsusilə şəkər xəstələrində müşahidə olunur. Müalicə prosesi gecikdirilsə, ayaqda qapanmayan yaralar çox zaman həmin bədən üzvünün kəsilməsi ilə nəticələnə bilir. Balonla damarların açılması həm yaraların sağalmasını təmin edir, həm də bədən üzvlərinin itirilməsi riskini azaldır”.

 

Həkim onu da vurğuladı ki, ayaq dırnaqlarında əmələ gələn dırnaq göbələyi periferik arteriya xəstəliyi barədə xəbərdarlıq edə bilər:

“Vəziyyət böyüməyə təsir edən dırnaq boşqabının pozulmasıdır. O, dırnaq boşqabının qeyri-şəffaf, sarı-qəhvəyi qalınlaşmasından ibarətdir, tədricən uzanır və əyri olur. Göbələk diabet və ayaq travması ilə sıx bağlıdır. Lakin periferik arteriya xəstəliyin digər əlamətləri ilə müşayiət olunarsa, zəif qan dövranı siqnalı verər. Cəmiyyətdə bir çox insanlarda xolesterin yüksək olsa da, onlar bu xəstəliyə tutulduğunu bilmirlər. Proqressiv yüksək qan təzyiqi infarkt və vuruş riskini artıra bilər. Periferik arteriya xəstəliyi yüksək xolesterolun ilk nəzərə çarpan əlamətlərindən biri hesab olunur. Vəziyyət müalicə olunmazsa, əzaların itirilməsi riskini əhəmiyyətli dərəcədə artıra bilər”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir