Nar və üzüm şirəsini süfrənizdən əksik etməyin…

Baxış sayı: 1. 540
Mütəxəssislər qış aylarında xəstəliklərdən qorunmaq üçün nar və üzüm kimi qırmızı meyvələrin şirəsini içməyi tövsiyyə edir. Çünki, tərkibindəki bir çox bioaktiv maddələr sayəsində nar və üzüm şirəsi ən güclü antioksidan sayılır.
Araşdırmalar nəticəsində narın möcüzəvi bir meyvə olduğunu ortaya çıxaran mütəxəssislər yarım stəkan nar şirəsinin bir günlük C vitamini ehtiyacının 16 faizini qarşıladığını bildirirlər.
Nar şirəsində bol miqdarda B vitamini və kalium olduğuna diqqət çəkən dietoloqlar bu meyvənin immun sistemini gücləndirdiyini vurğulayırlar.
Üzüm şirəsi isə A, B və C vitaminləri, kalium və dəmir baxımından olduqca zəngindir. Qanda oksigen daşıyan hemoqlobin hüceyrələrinin formalaşmasında lazım olan dəmir və kalium baxımından zəngin olan üzüm şirəsi toksit maddələrin bədəndən atılmasına yardımcı olur.
Ayrıca, bu özəllikləri ilə vücudu infeksiyalara qarşı qoruyur və immun sisteminin güclənməsini təmin edir. Gündə bir stəkan nar və ya üzüm suyu immun sistemini gücləndirmək və xəstəliklərdən xilas olmaq üçün yetərli sayılır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir