aile

Necə danışaq ki, uşağımız bizi dinləsin?

Baxış sayı: 188

Necə danışmalıyıq, ki uşaq bizi dinləsin?” və “Necə dinləməliyik ki, uşaq bizə hər bir narahatçılığını anlatsın?”- bu kimi suallar valideynləri çox düşündürür.
Bəzən, biz valideynlər uşağın hisslərinə fikir vermirik. Məslən, ata futbol verilişini izləyir və bu zaman oğlu narazı halda ona müraciət edir:

— Ata, Orxan məni vurdu, məndə onu vurdum, sonar o məni…

Ata gözlərini televizordan çəkməyərək uşağa deyir:

— Davam elə!

— Yox, sən məni dinləmirsən.

— Mən həm səni dinləyirəm, həm də futbola baxıram. Davam elə!

Bu zaman uşaq başını aşağı salır və deyir:

— Yaxşı, bu o qədər də vacib deyil.

Razılaşın ki, bu vəziyyət sizə də tanışdı. Çoxumuz uşaqlıda bununla üzləşmişik. Buna baxmayaraq, uşaqlıqda valideynlərimizin bizi dinləməsinə, dərdimizə şərik olmasına ehtiyacımız olub. Ona görə də hər bir valideyn öz övladına hisslərini anlatmağa imkan yaratmalıdır.
Bunun üçün aşağıdakı qaydalara riayət etmək lazımdır:

— Uşağı diqqətlə dinləyin;

— Onun anlatdıqlarını bu cür sözlərlə təsdiqləyin:

“Bəli”, “Aha”, “Başa düşürəm” ;

— Ona hisslərini izah edin. Məsələn, “Sən yorulmusan, ona görə belə danışırsan” və yaxud “Sənə maraqlı deyil, ona görə də məni başa düşmədin” və s.;

— Uşağa hiss etdirin ki, siz onun arzularına şəriksiniz. Bunu fantaziya üsulu ilə etmək olar. Məsələn, “Mən istəyərdim ki, indi sənin üçün göydən bir dənə banan düşsün”;

— Heç vat onun sözünü yarımçıq kəsməyin.

Bu qaydalara valideyn dərk edərək əməl etməlidir. Çünki uşaqlar səmimiyyət, kömək, özlərinə dayaq və müdafiə tələb edirlər. Uşaqları adətən onların sözlərini təkrarlamaq qıcıqlandırır.
Məsələn:
Anar: Mən daha Raufla danışmıram. O, pisdir.

Ana: Sən daha Raufla danışmırsan!

Anar Axı niyə təkrarlayırsan? O sözü mən dedim.

Valideynin düzgün reaksiyası bu cür olmalı idi:

— Yəqin, Rauf sənin xətrinə dəyib, ona görə də sən onunla oynamaq istəmirsən.

Həssas uşaqlar isə kədərlənən zaman sadəcə susmaq və valideynlərinin yanında olmasını istəyirlər. Belə bir səhnəni təsəvvür edin: 10 yaşlı bir qız uşağı divanda uzanaraq ağlayır. Ana onu belə görüb sadəcə qucaqlayır və pıçıldayır: “Nə isə olub?” Onlar bir qədər susurlar. Nəhayət, qız deyir: “Çox sağ ol, ana”. Anaya balasının sakitləşməsi bəs edir. Uşaq isə bir müddət sonar öz otağında mahnı zümzümə etməyə başlayır…

Bəzən elə olur ki, uşaqlar laqeyd və tənbəl olmaqla yanaşı özlərinə təhqiredici sözlər də deyirlər. Məsələn, “Mən səfehəm, ona görə də dərsi anlamıram!” Bu zaman valideyn uşağa səfeh olmadığını izah etməli və ona dəstək olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir