qaynana

Necə edək ki, qaynana-gəlin problemini yaşamayaq?

Baxış sayı: 1. 842

Qayınana-gəlin münasibətlərində ən əhəmiyyətli faktorlar; qarşılıqlı anlayış, komplekslərdən sıyrılmış bir şəxsiyyət və özünü onun yerində hiss etməkdir.

Belə ki, yaşanan kiçik çətinliklər ciddi problemlərə çevrilmədən hörmət çərçivəsində dilə gəlməlidir. Əks halda üst-üstə yığılan problemlər bir gün qalmaqala və nifrətə çevrilə bilir.

Əks halda, bu yeni qurulan yuva hələ qurulmadan kənardan gələn yanlış fikirlərə, sözlərə diqqət yetirməməli və neqativ düşüncələrlə evlilik həyatı başladılmamalıdır. Qurulan bu yeni yuvanın ailə bağları ilə  güclənəcəyini, ancaq eyni zamanda müstəqil bir ailə yuvası olduğu unudulmamalıdır. Ümumiyyətlə, bunlarla yanaşı ailə bağlarının sağlam olması üçün hər üç tərəfin də etməli olduğu öhdəliklər vardır.

Qayınanaların diqqətinə:

– Gəlinin başqa bir ailədə yetişmiş, fərqli xüsusiyyətlərə sahib olsa da normal bir gənc qızdır. Evlilikdən sonra dərhal ailə mühitinizə uyğunlaşmaya bilər.

– Bu cür düşünməlisiniz: “Mən oğulumu dünyaya gətirmişəm, amma o mənim sahib olduğun bir mal deyil. Onun yoldaşı da mənim sahib olduğum biri deyil. Oğlum mənə əmanət olaraq verilmiş, yetişdirməklə mükəlləf olduğum və varlığından xoşbəxt olduğum bir fərddir”.

Yəni heç bir ana uşağının sahibi deyil ki, itirmiş olsun.

– Oğulunuz yetkin bir insandır, özünü ifadə edə bilər, bir çətinliyi olduğunda özünü qoruya bilər. Sizin oğulunuzu yoldaşına və ya yoldaşının ailəsinə qarşı qorumağınıza ehtiyac yoxdur.

– Gəlininizi qızınız kimi görməli, onun da səhvlərinin və təcrübəsizliyinin ola biləcəyini unutmamalısınız.

– Oğulunuzun ayrı bir ailə həyatının olduğunu qəbul etməli, onlar ehtiyac hiss etmədikcə müdaxilə etməməlisiniz. Unutmayın, problemlərini təcrübə qazanaraq həll etmələri evliliklərinin güclənməsinə səbəb olacaq.

– Gəlininə güvənməli və bunu ona hiss etdirməlisiniz. Burada həm analıq, həm evinin xanımı və həm də həyat yoldaşı olmaqda ona güvəndiyinizi uyğun cümlələrlə ifadə etməlisiniz.

– Gəlininizdə müşahidə etdiyiniz səhvləri uyğun bir dil ilə baş-başa danışmalısınız. Qətiyyən oğulunuza gəlininizdən şikayət etməməlisiniz.

– Gəlinə gözəl xitablarınız olmalıdır.

 

Gəlinlərin diqqətinə:

– Yoldaşınızın anası, əlbəttə, sizin öz ananız deyil, onu tamamilə öz ananız yerinə qoymanıza ehtiyac yoxdur. Ancaq həm ana və daha da önəmlisi yoldaşınızın anası olması etibarilə hər cür hörmətə layiq olduğunu unutmayın.

– Öz ananızdan gözlədiklərinizin hamısını qayınananızdan gözləmək yerinə onu olduğu kimi qəbul etməli və ailə xüsusiyyətlərinizin fərqliliyini nəzərə almalısınız.

– “Yoldaşım mənim həyat yoldaşım olduğu kimi, anasının razılığını qazanmaq məcburiyyətində olan bir övladdır” anlayışına da sahib olmalısınız.

– Hörmətlə və sevgi dolu xitablarınız olmalıdır.

– Yoldaşınızın anası ilə isti bir bağının ola biləcəyini qəbul etməli, bundan ötəri yoldaşınızı və qayınananızı günahlandırmamalısınız.

– Özünüzü qayınananızla müqayisə etməməlisiniz. Rollarınız çox fərqlidir. Hər ikiniz də öz mövqeyində birincisiniz. Yoldaşınızın sizi müqayisə etdiyini düşünsəniz, bu mövzuda rahat olduğunuzu və anasını qısqanmadığınızı hiss etdirməlisiniz.

– Qayınananız ilə yaşadığınız mənfiliklər evliliyinizə mənfi əks oluna biləcəyi kimi, əlaqələrinizin müsbət olması da evliliyinizi daha da gücləndirəcək.

– Ailədə söz-söhbət ola bilər. Anlayışlı olmalısınız.

– “Yalnız yoldaşım üçün deyil, bu mənim insani vəzifəmdir” anlayışıyla da qayınananıza xoş davranmalısınız.

Arada qaldığını düşünən bəylərin diqqətinə:

– Yoldaşınızı və ananızı qətiyyən bir-birləri ilə müqayisə etməyin.

– Hər ikisinə dəyər verdiyinizi hiss etdirin.

– Sizə yaşadıqları çətinlikləri hiss etdirdikdə hakim olmaq məcburiyyətində deyilsiniz, ancaq ədalətli davranmalısınız.

– Problemi yaşayan istər ananız olsun, istəsə də yoldaşınız, başa düşülməyə ehtiyaclarının olduğunu unutmamalısınız. Haqlı olduqlarını düşünmürsünüzsə belə, əvvəl anladığınızı hiss etdirməli, dərhal sonra fikirinizi tərəf tutmadan dilə gətirməlisiniz.

– Bəzilərinin qiyabında danışılan müsbət ifadələri paylaşmalısınız. Ancaq bir-birləri ilə əlaqədar danışılan mənfi cümlələr varsa, əsla bunu qarşı tərəfə deməməlisiniz. “Ana mən sizə gəlmək istəyirəm, amma gəlinin istəmir” kimi sözlər münasibətləri daha da pisləşdirər.

– Vəzifələrinizi qarışdırmamalısınız, ananızın yanında övlad kimi dayanmalı, hörmətdə qüsur etməməlisiniz; yoldaşınızın yanında isə kişi kimi olmalı və yoldaşınıza sahib çıxmalısınız.

– Yeni qurduğunuz ailənin rəisi sizsiniz. Məsuliyyətlərinizi bilməli və ailə mahrəmiyyətinə diqqət göstərməlisiniz.

 

PSİXOLOQ TƏKLİFLƏRİ

Psixoloqların, gəlin-qayınana çəkişməsinin qarşısını almaq üçün gəlinlərə tövsiyələrindən bəziləri belədir:

Gəlinlər, özlərinin də bir gün qayınana olacaqlarını heç vaxt unutmamalıdırlar.

Qayınanasına sevgi və hörməti əskik etməməlidir. Çünki o sevdiyi insanın anasıdır.

Qayınanasının bəzi tərs sözlərini öz əleyhində şərh etməməlidir.

Arada yaş və nəsil fərqi olduğunu düşünərək qayınanasının istək və davranışlarını xoş görməlidir.

Qayınanası ilə yaxşı dolandığında əri ilə də münasibətlərinin daha da yaxşı olacağını bilməlidir.

Qayınanasının bayramlarda, mübarək günlərdə hədiyyələrlə könülünü xoş tutmalıdır.

Ərinin tez-tez ana və atasını görmək istəməsindən narahat olmamalıdır.

Qayınana və qayınataya qarşı incidici, iynələyici, xoş olmayan sözlər söyləməməli, onları məmnun etməlidir.

Qayınanalar oğullarını qısqanar. Gəlinlər bunu sezməli, amma yumşaqlıqla bu işin öhdəsindən gəlməlidir.

Gəlinlər ərlərini qayınanalarına qarşı döndərməməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir