Neçə saat yatmalıyıq?

Baxış sayı: 1. 977

ABŞ-da hər bir yaş qrupu üçün tövsiyə olunan yuxu normaları hazırlanıb. Böyük Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, ABŞ-ın Milli Yuxu Fondunun tədqiqatında deyilir ki, bir neçə gecə ardıcıl olaraq çox az yatmaq insanı əldən salır, adam fikrini cəmləşdirə bilmir, depressiyaya düşür, narahatlıq keçirir.

Fond 6-9 yaşlı uşaqların 9-11 saat yatmalı olduğunu qeyd edir.

Yeniyetmələr isə, yaxşı olar ki, 8-10 saat yatsın. Bəziləri 7 saat yatır, ancaq 11 saatdan çox yatmaq da səhhətə ziyandır.

18-64 yaşlıların 7-9 yatması tövsiyə edilir. Düzdür, bəzilərinə 6 saat da bəs edir.

Yaşı 65-dən yuxarı olanlar üçün 7-8 saatlıq yuxu arzuolunandır. Ancaq bəzilərinə 5 saat da kifayət edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir