Kavalyov

“Neftçi”nin məşqçisi: “Həyat yoldaşımla mənim bəxtim onda gətirdi ki…” – MÜSAHİBƏ

Baxış sayı: 2. 016

“Gencaile.az” saytının “11 sual” rubrikasının budəfəki qonağı karyerası ərzində “İnşaatçı”, “Bakı fəhləsi”, “Şəfa”, “Qarabağ”, “MTK Araz”, “Standart”, “Karvan” və “Neftçi” kimi yerli, eləcə də “Traktorsazi” (İran) və “Kartalspor” (Türkiyə) kimi əcnəbi klubların şərifini qoruyan, hazırda isə “Neftçi”nin əvəzidici komandasında qapıçılarla işləyən məşqçi kimi çalışan Vitali Kavalyovdur.

 –  Futbolçu olmaq istəyiniz valideynləriniz tərəfindən necə qarşılanmışdı?

–  Futbolla məşğul olmağa başlayanda heç kim bunu ciddi məşğuliyyət kimi qəbul etmirdi. Mənim başqa bir peşəyə yiyələnməyimin tərəfdarı idilər. Ancaq mən futbolla peşəkar şəkildə məşğul olmağa başlayandan sonra mənə dəstək oldular. Hətta mənim ən sadiq azarkeşim anam idi. İndinin özündə də məni bu yolda dəstəkləməyə davam edirlər.

–  Yeri gəlmişkən, əvvəllər Vitali Uzlavatıy soyadı ilə çıxış edirdiniz. Sonradan isə Kavalyov soyadını daşımağa başladınız. Bu dəyişikliyin səbəbi nə idi?

–  Kovalyov menim anamın soyadıdır. Mən uşaqlıqdan anam və böyük qardaşımla yaşamışam, onların himayəsində böyümüşəm. Yeniyetmə yaşına çatdıqdan sonra isə soyadımın anam və qardaşımla eyni olmasına qərar verdim. Bu səbəbdən Uzlavatıy soyadından imtina etdim.

– Futbolçu olmasaydınız, hansı peşənin sahibi olardınız?

– Beynəlxalq Əlaqələr ixtisası üzrə təhsil almışam. Ailəm isə məni həkim kimi görmək istəyirdi. Yəqin ki, futbolçu olmasam, ya həkim, ya da diplomat olardım.

– Həkim və ya diplomat yox, futbolçu olduğunuz üçün peşman deyilsiniz?

– Əlbəttə ki, peşman deyiləm. Ümumiyyətlə, mən futbolçuları xoşbəxt adamlar hesab edirəm.

kavalyov 3– Bir futbolçu üçün ailə qurmağın mənfi və müsbət tərəfləri hansılardır?

– Ailə qurmağın müsbət cəhəti ondan ibarətdir ki, futbolçu əvvəlki vaxtlarına nisbətən özünü daha məsuliyyətli və ciddi hiss edir. Ailə qurmağın mənfi cəhəti kimi isə futbolçunun daim evindən kənarda, müxtəlif  xarici oyunlarda olması səbəbi ilə ailəsi ilə kifayət qədər vaxt keçirə bilməməkdə görürəm. Bir məqamı da qeyd etmək istərdim ki bu baxımdan ən çətin qərar ailə ilə karyera arasında seçim etməkdir. Mən özün şəxsən iki dəfə belə halla qarşı-qarşıya qalmışam.

– Siz iki dəfə seçim qarşısında qaldığınızı dediniz. Həmin vaxt vəziyyət konkret olaraq necə idi?

– 2004-cü ildə Təbrizdən, 2011 də da İstambuldan Bakiya qayıtdım.Bu mövzu barəsində çox dərinə getmək istəmirəm. Təkcə onu deyim ki, mən o vaxt karyeramı yox, ailəm üstün tutdum.

– Ailə qurarkən həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmedi ki?

–  Yoldaşımla belə bir problem yaşamamışıq, ancaq biz evlənəndə onun valideynləri bir az narahat idilər. Amma onları da başa düşmək olar, çünki o vaxtlar futbol prestijli bir peşə deyildi. Bu üzdən bütün valideynlər kimi onlarda öz övladlarının gələcəyi üçün narahat olurdular. Yoldaşımla mənim bəxtim onda gətirdi ki, biz evləndikdən bir həftə sonra İranın Təbriz şəhərinə köçdük və beləliklə hər şeydən uzaqlaşdıq.

– Futbol adamları həmişə diqqət mərkəzində olur. Bu səbəbdən həyat yoldaşınızdan qısqanclıq hiss etmisinizmi?

– Qısqancılıq heç vaxt hiss etməmişəm. Həyat yoldaşım ağıllı bir qadın kimi hər şey başa düşürdiü və belə xırda məsələrə fikir vermirdi.

– Futbolçu karyeranız ərzində qapıçı olmusunuz. Sizcə, qapını qorumaq çətindir, yoxsa ailəni?

– Mən belə fikirləşirəm ki, bu cür qarşılaşdırma etmək düzgün deyil. Futbolda qapını qorumaq sənin peşəkar işindir. Ailəni qorumaq isə hər bir kişinin müqəddəs vəzifəsi və borcudur. Bu səbəblə belə bir müqayisə aparılmasının doğru olmadığı fikrindəyəm.

vk 1– Futbolçu kimi evdən kənarda çox olmusunuz. Hətta legioner həyatı da yaşamısınız. Ailənizdən uzaq olanda ən çox hansı problemlərlə üzləşirdiniz?

–  Əsas problem lazım olan vaxtlarda öz yaxınlarımın yanında ola bilməməyim idi. Oynadığın zaman həqiqətən də ailənə lazımi qədər vaxt ayıra bilmirsən. Ancaq bütün peşəkar futbolçuların taleyi belədir və buna qarşı heç nə etmək olmaz

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

– Mən Türkiyə “Kartalspor”unda çıxış edəndə bir neçə maraqlı hadisə ilə qarşılaşmışdım. Onlardan birini sizinlə bölüşə bilərəm. Türkiyədə mənimlə komanda yoldaşı olan və hazırda “Trabzonspor”da forma geyən Uğur Demirok bir neçə oyunda dalbadal ya öz qapısana qol vurdu ya da rəqib oyunçuların qol vurmasına istəmədən olsa da, yaxşı şərait yaratdı. Belə məqamların bir dəfə onunla zarafat elədim ki, Uğur, sən müdafiəçisən, ancaq məni qorumaq lazım deyil, sən sadəcə mənə qol vurma bu, bəsdir. Bu zarafatdan sonrakı qarşılaşmada Uğur yenə mənə tərəf gəlirdi. Mən isə onun növbəti dəfə avtoqol müəllifi olmasının qarşısını almağa çalışırdım. Həmin anda onunla çox pis toqquşdum və ciddi zədə aldım. Həmin zədədən sonra məni xəstəxanaya aparıb əməliyyat elədilər.

 

Söhbətləşdi: Tural Məmmədov